Yuxarı

Azərbaycanın ən etibarlı bankı

Azərbaycanın ən etibarlı bankı

İki il öncə baş verən devalvasiyadan sonra Azərbaycanda bank sistemində ciddi problemlər yarandı.

Əmanətlərin geri alınmaması, problemli kreditlərin sayının artması ilə yanaşı əhalidə bank sisteminə olan inam itdi. Yenidən pullar yastıq altına qoyuldu. 

Maraqlıdır, əmanət qoymaq, pul götürmək üçün etibarlı bank varmı? Əhali hansı banklara etibar edə bilər? 

İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya açıqlamasında bu suala cavab verib: "Kapitalında dövlət payı olan banklar daha etibarlı hesab edilir. Bankları dəyərləndirmək üçün ümumi standart yoxdur. Sahibkarlar bu suala cavab üçün təcrübələrinə əsaslanmalıdır. Azərbaycanda iki bank daha etibarlı hesab edilir. Beynəlxalq Bank və Kapital Bank digərləri ilə müqayisədə daha etibarlıdır. Düzdür, son zamanlar Beynəlxalq Bankda müəyyən problemlər yaranıb. Məsələ burasındadır ki, həmin bankın problemlərinin həllində hökumət də maraqlıdır. Bu istiqamətdə hətta inkişaf etmiş ölkələrin bank sektoru ilə bağlı təcrübədən də yararlanmaq olar”. 

Ekspertin sözlərinə görə, Azərbaycanda vəziyyət fərqlidir. Şəffaflıq probleminin olduğu üçün hətta inkişaf etmiş bir bank da lisenziyadan məhrum oluna bilər: "Bankların dəyərləndirilməsində fəaliyyət, göstəricilər, statistik rəqəmlər əsas rol oynamır. Oliqarxlara bağlı olan banklar daha etibarlıdır”. 

Nigar Məhərrəm 





Həftənin ən çox oxunanları