Yuxarı

Qaz artsa da, ucuzlaşmır

Qaz artsa da, ucuzlaşmır

2021-ci ildə Azərbaycanda qaz hasilatı 46 milyard 711,4 milyon kubmetr səviyyəsində proqnozlaşdırılır, bu da 2017-ci ilin proqnozundan 60,7 faiz çoxdur. Hökumətin proqnozlarına görə, 2019-cu ildə respublikada 37 milyard 27,7 milyon kubmetr, 2020-ci ildə - 41 milyard 532,3 milyon kubmetr təşkil edəcək.

Qaz hasilatının artımı 2018-ci ildə "Şahdəniz” yatağının "Mərhələ-2” çərçivəsində hasil olunacaq ilk qazın və 2019-cu ildə "Abşeron” yatağından qaz hasilatına başlanması hesabına gözlənilir. 2017-ci ildə Azərbaycan hökuməti 29 milyard 60 milyon kubmetr, 2018-ci ildə - 30 milyard 498,3 milyon kubmetr səviyyəsində qaz hasilatını gözləyir.

2016-cı ildə Azərbaycanda 29 milyard 331,4 milyon kubmetr qaz hasil olunub.

"Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban "Cümhuriyət”qəzetinə bildirib ki, qaz həcminin artması fonunda qiymətlərin ucuzlaşmasını gözləmək məntiqli görünmür:

"2018-ci ildə - 30 milyard 498,3 milyon kubmetr qaz hasilatı olacaqsa, 2021-ci ildə 46 milyard 711,4 milyon kubmetr səviyyəsində proqnozlaşdırılır. "Şahdəniz-2” layihəsi çərçivəsində 16 milyard kubmetr hasilatın artması gündəmə gələcək, eləcə də digər yataqlarda qaz hasilatı başlayacaq. Sual olunur, necə olur ki, "Şahdəniz-2” yatağında 16 milyard kubmetr qaz hasilatı baş verir, eyni zamanda 16 milyard kubmetr qaz da artır? Bəs digər yataqların qaz hasilatı hara gedir?Digər yataqlardakı qaz hasilatının aşağı düşməsi hesabına onlar kompensasiya edilir”.

Ekspertin sözlərinə görə, "Şahdəniz-2” layihəsi çərçivəsində hasil edilən qaz həcmlərinin hamısı ixrac olunur:

"Başqa sözlə, "Şahdəniz-2” yatağından hasil edilən 16 milyard kubmetr qaz həcmləri xarici bazarlara çıxarılır. Azərbaycanın daxili bazarına gələn qaz isə xarici şirkətlərin çıxartdığı qazdır."Abşeron” yatağından Azərbaycanın daxili bazarına gələn qaz valyuta ilə alınır.Ona görə də bu, kompensasiya edilmir.Əgər onu almasa, bu layihədə patent olmaz.Qaz həcmləri xarici valyutada alındığı üçün əhaliyə verilən qazın qiymətinin aşağı salınmasına imkan vermir”.

İlham Şaban onu da qeyd edib ki, partnyorun pay bölgüsü sazişində Azərbaycanın çoxlu partnyorları var:

"Ölkənin "Şahdəniz” layihəsində 5, "Abşeron” layihəsində 2 fransız partnyoru var.  Həmçinin digər layihələr də var ki, ora bir neçə xarici partnyorların gəlməsi proqnozlaşdırılır"

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları