Yuxarı

İran Azərbaycanı dollardan imtinaya çağırdı

İran Azərbaycanı dollardan imtinaya çağırdı

Azərbaycanla İranın qarşılıqlı ticarətdə milli valyutadan istifadə etməsi hər iki ölkənin milli valyutasının möhkəmlənməsinə səbəb ola bilər.

Bunu APA-ya eksklüziv açıqlamasında İranın Qiymətli Kağızlar və Birja Təşkilatının sədri  Şapur Məhəmmədi deyib.

"Hər iki ölkənin qarşılıqlı ticarətdə milli valyutalardan istifadə etməsi çox faydalı oluna bilər. Bunun üstünlükləri çoxdur. Məsələn, asanlıqla köçürülür və vasitəçi valyutaya ehtiyac duyulmur. Bundan başqa, qarşılıqlı ticarətdə milli valyutalardan istifadə olunması milli valyutanın güclənməsinə səbəb olur. Bu isə hər iki ölkə üçün xeyirlidir", - deyə o vurğulayıb.






Həftənin ən çox oxunanları