Natiq
Cəfərli: "Bu məbləğ kiçik və orta
sahibkarlığın inkişafına sərf olunsa,
effekt verə bilər”
Dünya İqtisadi Forumunun (DİF) hesabatına görə, 2019-cu
il üçün Azərbaycanda işsizlik səviyyəsi 5 faizdir. DİF-nin
Azərbaycanda işsizliyin 5 faiz olması barədə məlumatı Prezident İlham Əliyevin ilin əvvəlində
Nazirlər Kabinetinin ilin yekunlarına dair iclasında
dediklərilə üst-üstə düşür. İşsizlik səviyyəsini daha da
aşağı endirmək üçün Azərbaycan hökuməti Dünya Bankı ilə
növbəti layihəyə başlayacaq.
Belə ki,
Dünya Bankı (DB) ilə Azərbaycan hökuməti arasında məşğulluğun dəstəklənməsi layihəsinin həyata
keçirilməsi üçün 100 milyon dollar məbləğində
kreditin ayrılmasına dair danışıqlar son mərhələdədir.
Məlumat üçün
bildirək ki, DB məşğulluğun dəstəklənməsi layihəsinin reallaşdırılmasına 100
milyon dollar ayırmağı planlaşdırır. DB-nin Direktorlar Şurası bu layihə üçün
kreditin ayrılmasını 2020-ci ilin birinci rübündə
təsdiqləyəcəyi planlaşdırılır. Layihə Azərbaycan əhalisinin iş axtaran həssas
qrupları: gənclər, qadınlar,
məcburi köçkünlər, əlillər və təhsil səviyyəsi aşağı olan insanlar
arasında məşğulluqla bağlı vəziyyətin yaxşılaşdırılmasına yönəldilib. Maraqlıdır, bu vəsait məşğulluq proqramını həyata keçirən qurumların fəaliyyətindəki problemlərin aradan qaldırılmasına necə yardım edəcək?
İqtisadçı-ekspert
Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu da öncədə ayrılan vəsaitlər kimi, dövlət qurumları
arasında bölüşdürülüb sadəcə formal layihənin həyata
keçirilməsinə sərf olunacaqsa, ciddi bir effekti olmayacaq: "Dəfələrlə açıqlamalarımız olub ki,
məşğulluqla bağlı xüsusi dövlət proqramı qəbul
olunmalıdır. Bununla bağlı müəyyən işlər
görülüb, amma bugünə qədər konkret zaman
və hədəflər açıqlanmayıb. Hədəflərə çatmaq üçün də addımların yol xəritəsi olmalıdır.
Ayrılan 100 milyon dollar isə kifayət qədər böyük məbləğdir. Bu məbləğ kiçik və
orta sahibkarlığın inkişafına, əsasən də
regionlarda "hom hotel”lərin yaradılması, müəyyən
aqrar layihələrin təşkilinə sərf olunsa, təbii ki, effekt verə bilər. Amma çox
təəssüf ki, bugünə qədər bu tipli layihələrin həyata keçirilməsindən sonra
hökumət tərəfindən ortalığa bir hesabat qoyulmayıb ki,
ayrılan vəait hesabına nə
qədər iş yeri yaradılıb, nə qədər əlavə dəyər olub, nə qədər məhsul istehsal
olunub, bu layihənin payı ixracatda nə
qədər olub, daxili bazarda bu tipli layihələrin həyata keçirilməsi ilə nə qədər
vəsait əldə olunub. Hökumətin bu məsələ ilə bağlı
detallı hesabatı yoxdur. Ona görə də düşünürəm ki, bu çox vacib
layihədir. Ciddi şəkildə düşünlülməli və vəsaiti məşğulluğun inkişafına, yeni
iş yerlərinin yaradılmasına sərf etmək
mümkündür. Sadəcə olaraq, buna doğru-dürüst yanaşmağa ehtiyac
var. Bu məsələ elmi şəkildə, yol xəritəsi, addımları, zamanlaması, hədəfləri bəlli olan bir layihə kimi
getməlidir. Dünya Bankı da ən azından bunu nəzərə almalıdır.
Çünki Azərbaycan hökumətindən danışıqlar
zamanı vəsaitin hər qəpiyinin hara xərclənəcəyi
göstərilməlidir. Yoxsa bu da bundan öncəki layihələr kimi qapalı qalacaqsa, bunun da ciddi effekt verəcəyi sual
doğurur”.
N.Cəfərli
qeyd edib ki, özünüməşğulluğun əsas sahələrindən biri də turizmdir: "Azərbaycan
turizmi inkişaf etdirmək istəyirsə, bu məsələyə də baxa bilər. Bundan öncə səhv
bir yanaşma oldu ki, əvvəldən elitar turizm anlayışını
ortaya qoydular. 4-5 ulduzlu hotellərin tikilməsi və istifadəyə
verilməsi önə çəkildi, prioritet elan olundu. Bu isə müasir turist profilinə uyğun deyil. Müasir turist daha ucuz, səliqəli
evlərdə və ya hostellərdə qalmağa üstünlük verir. Bakıda
barmaqla sayılacaq qədər hostellər, "Home hotel”lər var. Amma təkcə
Tbilisidə 700-dən çox hostelin, "Home hotel”in olduğu ilə
bağlı statistik məlumat var.
Özünüməşğulluğun belə bir vacib sahəsinin inkişaf etdirilməsi üçün Bakıda kifayət qədər şərait var. "Home hotel”lərin açılması bir ailərinin gəlir əldə etməsinə çıxış imkanı vermək üçün çox maraqlı və effektli üsuldur. Dünyanın bir
çox turizmi inkişaf etdirən ölkələrində bu özünü doğruldan bir yanaşmadır. Bakı şəhərində də bu yolla müəyyən
iş yerlərinin yaradılması üçün potensial var”.
Vilayət
Muxtar