Yuxarı

Taxıl istehsalı çoxalır, amma idxal da azalmır - Ekspert izah edir

Taxıl istehsalı çoxalır, amma idxal da azalmır - Ekspert izah edir


2019-cu ilin 11 ayı ərzində Azərbaycana xarici ölkələrdən 319 milyon 693 min dollar dəyərində 1 milyon 488 min ton buğda idxal olunub.

Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilib ki, 2018-ci ilin 11 ayı ilə müqayisədə 2019-cu ilin 11 ayında buğda idxalı dəyər ifadəsində 132 milyon 153 min dollar, miqdar ifadəsində isə 495 min 365 ton artıb.

Cebhe.info-ya açıqlamasında Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri, kənd təsərrüfatı üzrə iqtisadçı-ekspert Nicat Nəsirli xarici buğdadan asılılığın səbəbini torpaqlarımızın struktur keyfiyyətinin pozulması ilə əlaqələndirib:

"Dünyada bütün məhsulları özü istehsal edən ölkələr yoxdur. Bu da iqlim şəraiti ilə bağlıdır. Biz il ərzində yuvarlaq olaraq 1 milyon 300 min ilə 1 milyon 800 min ton arası buğda idxal edirik. Bu da elə bir fəlakətli rəqəm deyil. Son illər bizdə təxminən 3 milyon 100 min tondan artıq buğda istehsal olunub ki, bu da yem sahəsinə sərf olunub.

İdax etdiyimiz buğdanın tərkibinə həm çörək sənayesinə sərf olunan buğdalar, həm pivə istehsalında istifadə olunan buğdalar, həm də yem sənayesinə sərf olunan buğdalar daxildir. Əsl məsələ isə bizim ərzaq buğdası almağımız yox, yem sənayesi üçün hər il 3 milyon tondan artıq buğda almağımız olmalıdır. Bunu da çox danışmışıq. Səbəb yem sənayemizin birtərəfli inkişafıdır. Ən çox bundan narahat olmaq lazımdır”.

Əli Bədir





Həftənin ən çox oxunanları