Yuxarı

Nazir müavini "Binə" və "Sədərək"dən narazıdır: "Nəticə yoxdur, olmayacaq da..."

Nazir müavini

Nazir müavini "Binə" və "Sədərək"dən narazıdır: "Nəticə yoxdur, olmayacaq da..."

""Binə" və "Sədərək" ticarət mərkəzlərində nəzarət-kassa aparatlarının qoyulması heç bir nəticə verməyib, verməyəcək də". 

Cebhe.info xəbər verir ki, bunu Vergilər Nazirinin müavini Sahib Ələkbərov mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün həmin ticarət mərkəzlərinə nəzarət-kassa aparatlarından istifadənin təmin edilməsi, ciddi nəticə əldə etmək üçün nəzarət-kassa aparatlarının quraşdırılması üçün sənədsiz mal dövriyyəsinin qarşısı alınmalıdır: 

"Əgər sənədsiz mal dövriyyəsinin qarşısı alınmasa, şəffaflıq olmasa, bu, çox acı nəticələr verir. Həmin ticarət mərkəzlərinin sahibləri də bu məsələdə maraqlıdır. Təxminən 2015-2016-cı illərdə həmin ticarət mərkəzlərində nəzarət-kassa aparatlarının quraşdırılması istiqamətində bir sıra işlər görüldü. Lakin bunun heç bir nəticəsi olmadı və olmayacaq. Çünki Azərbaycanda sənədsiz mal dövriyyəsi aparılır. Kimdən soruşursan "mal haradan gəlib?" deyir ki, "Sədərək"dən, "Binə"dən. Bu şərtlər altında şəffaflıqdan rəqabətdən söhbət gedə bilməz. Mal ölkəyə iki yolla gəlir - idxal və istehsal. İstehsalda demək olar ki, ciddi problem yoxdur. Olanların da həcmi çox deyil. İdxal məsələsində isə sənədsiz malların qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi çox ciddi tədbirlər görür. Amma inanın ki, bu, elə də sadə məsələ deyil. Karqo məsələsinin, üçüncü şəxslər üçün mal gətirənlərin, qiymət dəyişənlərin və s. qarşısı alınmalıdır. Bu gün məhz bu səbəbdən nəzarət-kassa aparatlarından istifadə edən sahibkarların sayı nisbətən azdır”. 

Yeganə Oqtayqızı 





Həftənin ən çox oxunanları