Yuxarı

Baş redaktor: "Uşağın 2-3 gün məktəbə getməsiylə 5 gün getməsi arasında fərq nədir ki?"

Baş redaktor:

Baş redaktor:

  • "Müzakirəyə çıxarılan həftədə 2-3 gün məktəbə gəlməklə 5 gün gəlmək arasında fərq nədir ki?! Yaxud dərs müddətinin 25 dəqiqəyə qədər azaldılması ilə 45 dəqiqə keçirilməsinin fərqi nə olacaq?! Uşaqlar 5 gün məktəbə gəlsələr, virus onlara yoluxacaq, həftədə 2-3 gün gəlsələr yoluxmayacaq? Yaxud 45 dəqiqə əvəzinə 25 dəqiqə dərs keçsələr, yoluxma olmayacaq?”

Cebhe.info xəbər verir ki, bunu Cebhe.info xəbər portalı və "Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov yeni tədris ilində məktəblərin hansı qaydada tədrisi bərpa edəcəyi barədə təkliflərə münasibət bildirərkən deyib.

"Yeni tədris ilinin başlanmasına bir aydan az vaxt qalır. Amma hələ də məktəblərlə, dərslərlə bağlı yekdil fikir yoxdur. Koronavirus təhlükəsi dərslərin başlayıb-başlamayacağı, məktəblərin açılıb-açılmayacağı ilə bağlı suallara cavab tapmaqda çətinliklər yaradıb. Yeni Təhsil naziri də bu məsələdə ictimaiyyətin fikirləri, mütəxəssislərin, millət vəkillərinin rəylərini öyrənib yekun qərar vermək istiqmətində fəaliyyətini davam etdirir. Çox doğru addımdır. Cəmiyyətin mövqeyini öyrənmək, ictimai rəylə hesablaşmaq mühüm faktordur və idarəetmədə yenilikçi təfəkkürün oturuşması anlamını yaradır”,-deyə baş redaktor bildirib.

Amma onu da qeyd edib ki, tədrislə bağlı Təhsil İnstitutunun təklifləri yetərli deyil: "Təkliflərin içində qarışıq sistem, o cümlədən virusun yayıldığı və yayılmadığı, az yayıldığı bölgələr üzrə fərqli yanaşma nəzərdə tutulur. Aydın olmayan çox sayda başqa məsələlər də var. Qarışıq sistem – virtual və ya praktiki dərs formaları necə tətbiq oluna bilər? Müzakirəyə çıxarılan həftədə 2-3 gün məktəbə gəlməklə 5 gün gəlmək arasında fərq nədir ki?! Yaxud dərs müddətinin 45 dəqiqədən 25 dəqiqəyə azaldılması ilə 45 dəqiqə keçirilməsinin fərqi nə olacaq?! Uşaqlar 5 gün məktəbə gəlsələr virus onlara yoluxacaq, həftədə 2-3 gün gəlsələr yoluxmayacaq? Yaxud 45 dəqiqə əvəzinə 25 dəqiqə dərs keçsələr, yoluxma olmayacaq?

Ümumiyyətlə, indiki durumda ən əlverişli üsul distant təhsil sistemidir və bunu da hökumət həll etməlidir. Pandemiyanın tam bitmədiyi indiki durumda istər böyük şəhərlərdə, istərsə ucqar kəndlərdə internet təminatı, xidmət səviyyəsinin yüksəldilməsi və şagirdlərin texniki imkanlarının təmin olunması ilə distant təhsil forması tətbiq etmək ən doğru seçimdir.

O cümlədən də zonalar üzrə bölünmə məsələsini gündəmdən çıxarmaq vacibdir. Bir zonada tədris ənənəvi qaydada gedir, digər zonada isə format dəyişir. Bəs bilik səviyyəsi və sistemi? İmtahanlardakı suallar? O suallar da zonalar üzrə bölünəcək? Uşaqların qavraması və s. kimi suallar cavabsız qalır.

Belə müzakirələrdənsə, biryolluq yekun qərar verib, pandemiya bitənə kimi tədrisin distant formasının tətbiqini elan etməklə, valideynləri də dilemma qarşısında qoymamaq olar. O cümlədən, bunu repetitorluq sahəsinə aid etməklə, bütün sualları cavablandırmaq mümkündür”.

R.Becanov hesab edir ki, tədrisin yeni formatına görə də imtahan sistemində (test üsulunda yox) islahatlar aparmaq vacibdir:

"Suallar sadələşməli, şagirdlərin 2 illik durumu nəzərə alınmalıdır. Dövlət İmtahan Mərkəzinin indiki imtahan sistemi pandemiya dövrünün tələblərinə, şagirdlərin hazırlıq səviyyəsinə, dərslərin keçirilmə qaydasına uyğun gəlmir”.





Həftənin ən çox oxunanları