Yuxarı

"Böyük qayıdış”: İqtisadi dirçəlişə yeni qapı

İşğaldan azad edilmiş bölgələrin zəngin potensialı var

"Artıq işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılmasına başlanmışdır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Tvitter” səhifəsində bildirib.

"Ermənistan faktiki olaraq Azərbaycana qarşı ekoloji terror törədib. Biz o torpaqları yenidən həyata qaytarmalıyıq", - Prezident qeyd edib.

"Cümhuriyət” qəzeti işğaldan azad olunan ərazilərimizin ölkəmizə hansı dividentlər gətirə biləcəyini, onların iqtisadiyyatımız hansı sahələri üzrə potensialının olduğunu araşdırıb. Öncə qeyd edək ki, ekspertlər bu bölgənin böyük potensiala malik olduğunu, onun gələcəkdə iqtisadi səmərəsinə görə Azərbaycanın ikinici iqtisadi rayonuna çevriləcəyini bildirirlər.

Hətta qeyd olunur ki, gələcəkdə neftə təlabat azalsa və neft və qaz istehsalımz azalsa belə, ümumilikdə işğal altda olan ərazilərimizin ölkəmizin aktivlərinə qatılması azalacaq neft gəlirlərini əvəzləmək gücündədir.

Qeyd edək ki, işğal altında olan ərazilərimiz böyük su ehtiyatlarına malikdir. Quraqlıq probleminin daha geniş vüsət aldığı son illərdə bu ərazilərin ölkəmiz üçün əhəmiyyəti böyükdür. Heç də təsadüfü deyil ki, Suqovuşan kəndi işğal azad edildikdən cəmi bir neçə gün sonra buradan Tərtər çayına su verilməyə başlanıldı.

Qeyd edək ki, 1992-ci ildə Tərtər rayonunun inzibati ərazisinə daxil edilən kənddə Suqovuşan su anbarı və "Suqovuşan-1” su elektrik stansiyası yerləşir. Ermənilər tərəfindən kənddə 2014-cü ildə balıqartırma zavodu tikilib. İşğalçı ölkə 2022-23-cü illərdə buradan başqa ölkələrə balıq və qara kürü ixracının başlanmasını planlaşdırmışdı. Füzuli rayonunun ərazisi 1386 km2-dir, rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri var. Rayon ərazisindən Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları keçir. Füzuli rayonunun iqtisadiyyatında taxılçılıq, heyvandarlıq, bostan-tərəvəzçilik aparıcı rol oynayır. Bununla yanaşı, rayonda pambıq, şəkər çuğunduru, üzüm və digər meyvələr istehsal edilir. Rayonun istifadəsində olan kənd təsərrüfatına yararlı torpaq sahəsi onun ümumi ərazisinin 70%- ni təşkil edir. Rayonun işğal altında olmayan kəndlərində ət, süd, yumurta, yun istehsal edilir. Füzuli rayonunun sənayesi əsasən tikiş, qida məhsullarının istehsalı, elektrik enerjisi, qaz və suyun bölüşdürülməsi ilə xarakterizə olunur. 1049.8 kvadratmetrlik əraziyə malik olan Cəbrayıl rayonunun ərazisisində sement istehsalı üçün qiymətli xammal, mərmər və başqa tikinti materialları ehtiyatları, dəmir filizi, hətta neft yataqları var. İşğaldan əvvəl rayon iqtisadiyyatının əsasını heyvandarlıq, üzümçülük və baramaçılıq təşkil edib. İşğaldan əvvəlki son illər üzüm istehsalının səviyyəsi 60 min tondan yüksək olub. Rayonda üzümün ilkin emalı üçün zavod, tikiş, xalça, cihazqayırma sexləri, ümumiyyətlə 8 sənaye obyekti mövcud olub. Zəngilan rayonunun ərazisi mürəkkəb səth quruluşuna malikdir. Ərazidə Bazarçay silsiləsinin Barbar və Sələfir zirvələri (2270 metr yüüksəklikdə) yerləşir. Burada zəngin qızıl yataqları var. Rayonun dağlıq hissələrində sıx meşələr yayılıb. Zəngilan rayonunda dünyada ikinci, Avropada isə birinci yeri tutan nadir çinar meşələri var. Ərazi müalicə əhəmiyyətli bitkilərlə və bulaqlarla zəngindir. Burada zəngin tikinti daşı, gil, mərmər və s. təbii ehtiyatlar var.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları