Yuxarı

Əsəd Cahangir: "Biz insanları çox mifləşdiririk..."

Əsəd Cahangir:

[caption id="attachment_861" align="alignleft" width="245"]Esed Cahangir Əsəd Cahangir: "Əslində, insan çox zəif məxluqdur, onun sevgiyə ehtiyacı var".[/caption] "Azərbaycan" jurnalının tənqid şöbəsinin müdiri, Şahmar Əkbərzadə, Cəlaləddin Rumi,  və Yaşar Qarayev laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü tənqidçi əsəd Cahangirlə görüşümüz təsadüfi deyildi... Daha doğrusu, planlaşdırılmış halda baş tutdu: çoxdandır Azərbaycan ədəbiyyatındakı tənqidin yoxluğu ilə bağlı fikirlərə münasibətini öyrənmək istəyirdim onun... Söhbətimiz tamam başqa məcrada yönəldi... Söz Əsəd Cahangir üçün ədəbi aləmdə hansı yerdədir? -Söz təkcə ədəbi aləmdə yox, ümumi aləmdə yaradıcı başlanğıcdır. Allah dünyanı sözdən yaradıb. Söz yaradıcı enerjidir. Ümumiyyətlə dünyada mövcud olan hər şey sözdür. Yaradılmışlar içərisində yalnız insan bu sözləri nitqə çevirə bilir. Bütün dünya nəhəg, dilsiz sözün  içindədir. Söz bir informasiyadır. Bəzi istedadlı insanlar sözlə əlaqə yarada bilir və bu əlaqədən də əsərlər meydana gəlir. “Sözdən sözə poetik düşüncə əliboş getmirdi. O,sözün bütün ifadə imkanlarını özü ilə aparırdı” deyən Əsəd Cahangir ədəbi aləmdə nəyə işarə edir? -Mən bu sözü Füzuli üçün demişəm. Yəni nəhəng, ilahi söz tədricən adi, bəşəri sözə çevrildi. Bu gün artıq söz özünün vaxtı ilə mövcud olduğu yaradıcılıq qüdrətini itiribdir. Çünki bu gün yalan meydana gəlib. Amma vaxtı ilə söz daha böyük işlər görüb. Zamanla söz cılızlaşır və ölür, “iş görmək” qabliyyətini ititrir. Amma buna baxmayaraq o nəhəng yaradıcı qüvvəsini özündə saxlayır.Bu isə yalnız ədəbi qüdrətdir. Bu sözü Füzuliyə desəm də,bu söz hər kəsə aiddir. Nizami dövründəki kimi,sözə qiymət qalmayıb. Ədəbiyyat Əsəd Cahangirə çox şeyi verib, eyni zamanda nələri alıb? -İnsan nəsə qurban verməsə uğur əldə edə bilməz. Əlbəttə ədəbiyyat mənim ömrümün neçə-neçə illərini, qapqara saçlarımı, sevgilərimi, bəzi dostlarımı və səhhətimi əlimdən alıb. Amma bundan peşman deyiləm. Çünki bu yolu özüm secmişəm. İşim və yaradıcılığım mənə zövq verir… Sözə olan sevgim böyük və tükənməzdir.Bu mənə yetər. Vüsalla hicran arasında Əsəd Cahangirin aləmində hansı hislər dayanır? -Vüsal da şirindir, hicran da. Hicranın şirinliyi tünd balın şirinliyinə bənzəyir. Yəni həddindən artıq şirinlik acı dadır. Bu isə o deməkdir ki, bir-birinə zidd olan hislər  bir-birinin içinə keçə bilər.O zaman insan nə hiss keçirir, bax onu yaşamaq lazımdır.Ən böyük sevgi belə nifrətə çevrilə bilər.Sevinc hissi yalnız gülməkdən biarət deyil. Insan öz taleyində baş verən möhtəşəm bir hadisəni göz yaşları ilə də ifadə edirlər. Sizin ədəbi qəhrəmanınız kimdir? -Mənim üçün qəhrəmana çevirəcəyim əlçatmaz insan yoxdur.Lakin cox sevdiyim yazıçı M.F.Dostayevskidir ki, onun əsərlərini dəfələrlə oxumuşam və oxuyuram da, xüsusi ilə  “Cinayət və Cəza” əsərini çox sevirəm. Hər dəfə o əsəri oxuduqca mənə yeni qatlar aşkar olur.Çox arzu edirəm ki, mən də belə bir əsər yaza biləydim. Sizi t tənqidçi kimi tanıyırıq. Bəs qələminizi poeziyada sınamısınız? -Bəli. Sınamışam. 10 yaşımda ilk şeirimi, 20 yaşımda isə ilk məqaləmi yazmışam. İlk şeirim Novruz bayramı ilə bağlı olub. Sonra məktəb illərində, daha sonra ilk məhəbbət  dövründə müxtəlif şeirlər yazırdım. Təbii ki, onları saxlamamışam. Ədəbiyyat üçün çox vacib adamsınız. Dəyərli tənqidçisniz. Məncə yaşınızın elə bir dönəmidir ki, peşəkar pedaqji fəaliyyət göstərməyin zamanıdır.Sizcə elə deyilmi? -Bəli, doğrudur. Sizinlə razıyam. Amma mən taleyimi AYB-yə bağlamışam. Burda işləmək mənə Tanrının qismətidir. Mən ADU-da və BSU-da pedaqoji fəaliyyət göstərmişəm. Amma bunu ciddi pedaqoji fəaliyyət hesab etmirəm. Yazıçılar Birliyində elə həmkarınız varmı onunla heç bir dəyirmi masa ətrafında əyləşmək istəmirsiniz? Bəli. Təəssüf ki, var. Amma bu mənim günahım deyil. Özləri riyakarlıqları ilə, yalanları ilə, etibarsızlıqları ilə v.s kimi xoşagəlməz xasiyyətləri ilə gözümdən düşüblər. Bəs ə şəxsin və ya şəxslərin kim olduğunu deyə bilərsinizmi? Xeyr. Mən ad çəkməyi önəmli bilmirəm. Çünki heç vaxt pis insanları reklam etmək fikrim olmayıb. Əslində çoxsaylı insanlar (oxucular)  şairin və yaxud da nasirin əsərini yox, onun həyatını öyrənib ona qiymət verir. Sizcə bu hər hansı bir ədibə haqsızlıq deyilmi? İnsanı səhvləri ilə də sevmək olar. Biz insanı çox böyüdüb , mifikləşdiririk. Amma bir mənfi hərəkətini görəndə, həmin qurduğumuz mif sadəcə dağılır. Əslində biz qəbul etməliyik ki, insan zəif məxluqdur və onun sevgiyə ehtiyacı var. Sizinlə söhbət xoş oldu. Bəs bizimlə? -Enyi ilə!(təəbbəsümlə) Yaradıcılığınızda uğurlar!... ( Əntiqə Səməndər )  





Həftənin ən çox oxunanları