Yuxarı

Makron: Siyasətçi, yoxsa fobiyalı adam?

Makron: Siyasətçi, yoxsa fobiyalı adam?

Makron: Siyasətçi, yoxsa fobiyalı adam?

Fransa daxili qoşunları silahlı şəkildə bu ölkədəki bütün erməni kilsələrinin və məktəblərinin mühafizəsinə cəlb edilib.

Fransanın Ermənistandakı səfiri deyib ki, Fransa ermənilərinə olan hücum Fransaya hücumdur. "Fransa ermənilərinə qarşı təhdidlər bütün Fransaya təhdiddir”.

Fransanın Ermənistandakı səfiri Conatan Lakot özünün "Twitter” hesabında yerləşdirdiyi fotolara belə rəy yazıb. Qeyd edək ki, həmin fotolarda silahlı əsgərlərin erməni kilsələrini və məktəblərini mühafizə etdiyi görünür.

"Kədərli şəkillərdir. Ancaq eyni zamanda bu, dövlətin bütün vətəndaşlara tətbiq etdiyi müdafiənin rəmzidir. Fransız ermənilərinə qarşı təhdidlər bütün Fransaya qarşı təhdiddir”-səfir belə yazıb.

O, qeyd edib ki, erməni mənşəli fransız soydaşlarını qorxutmaq cəhdlərinə cavab olaraq, Overn-Ron-Alp bölgəsinin daxili qoşun bölmələrindən (Milli Polis) erməni kilsələrində və məktəblərində keşik çəkmələri üçün müraciət edilib. Bununla da Fransa hakimiyyəti ermənilər üçün hansısa bir terror təhlükəsinin olması barədə rəy yaratmağa çalışır. Mühafizə obyekti kimi məktəblərin və kilsələrin seçilməsi də diqqəti cəlb edir.

Guya erməni uşaqlarının həyatına təhlükə var və bu terror aktı dini zəmində, yəni müsəlmanlar tərəfindən həyata keçirilə bilər. Ermənilərlə hazırda münaqişə vəziyyətində olan müsəlman ölkələrin Azərbaycan və Türkiyə olduğunu nəzərə alsaq, prezident Emmanuel Makron bu addımı ilə beynəlxalq ictimaiyyətə guya mövcud münaqişəni islam-xristian davası kimi təqdim etməyə çalışır. Həmin fotolar isə ermənilərin məzlum və terrora məruz qalan xalq obrazının formalaşdırılmasına xidmət edir.

Politoloq Əhəd Məmmədli hesab edir ki, Emmanuel Makron özü siyasi ambisiyaları ortaya qoymaq üçün belə qeyri-ciddi üsullara əl atmaqla gülüş hədəfinə çevrilir. Ona görə də belə ucuz təbliğat heç bir nəticə verməyəcək:

"Makron haqqında ən doğru qiyməti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vermişdi. Onun görünür, psixoloji problemləri var. Makronda Ərdoğanafobiya, islamafobiya patologiyaya çevrilib. Görünür, bu xəstəlik yalnız Makronda deyil, onun rəhbərlik etdiyi hakimiyyətin digər nümayəndələrinə də keçib. Bunlar boş və mənasız işlərdir. Kimdir erməni məktəbinə və ya erməni kilsəsinə təhlükə törədən? Fransada ermənilərə hansı təhddi ola bilər. Bununla da Makron erməni məsələsini, "erməni ağrısı”nı qabartmaq istəyir. Həm də Fransa Qarabağ məsələsində "mən də varam” demək istəyir. Amma Qarabağ məsələsində Fransa yoxdur və istəsə də ola bilməz. Bu sübut edildi. Qarabağ məsələsində Fransa məğlub oldu. İndi də Fransa ermənilərinə təhdid olduğuna dair təbliğat aparmaqla yenidən gündəmə gəlmək üçün cəhdlər edir. Fransa problem həll etmək istəyirsə, o zaman ərəb problemi ilə məşğul olsun. Fransanın Marsel şəhərində, cənub əyalətlərdə ərəb məhəllələri var. Ərəblərin, afrikalıların məskunlaşdığı həmin şəhərlərdə işsizlik problemi yaşanır. Ona görə də kriminal hallar baş alıb gedir. Yəni real işlərlə məşğul olsunlar. Özlərini gülüş hədəfinə çevirməsinlər. Mən Fransanı ciddi dövlət hesab edirdim. İndi təəssüf ki, Fransa belə qeyri-ciddi işlərlə məşğuldur. Ümumiyyətlə, Qərb ciddi siyasi lider tənəzzülü yaşayır. Ronald Reyqan, Marqaret Tetçer, Helmut Kol, Fransua Mitteran kimi dövlət başçılarından sonra Qərbi Makron kimi kloun liderlər idarə edir. Ona görə də Qərb xarizmatik lider defisiti yaşayır”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları