Yuxarı

Ermənistan çalxalanır: Paşinyan seçim, ölkə inqilab ərəfəsində

Ermənistan çalxalanır: Paşinyan seçim, ölkə inqilab ərəfəsində

Ermənistan çalxalanır: Paşinyan seçim, ölkə inqilab ərəfəsində

İrəvanda Baş nazir Nikol Paşinyana qarşı aksiyalar davam edir.

Son məlumatlara görə, aksiyaçıların sayı getdikcə artır. Paşinyan isə hakimiyyəti rahatlıqla təhvil vermək niyyətində görünmür. Daxili çəkişmələr Ermənistanda bütün sahələrdə vəziyyəti iflic edib. Hətta Ermənistan müxalifətinin Baş nazir vəzifəsinə əsas namizədi də müəyyənləşib.

Müxalifətin Baş nazir postuna namizədi olan Vazgen Manukyan Ermənistandakı vəziyyəti təhlil edərkən deyib ki, Ermənistanda iqtisadi vəziyyət həqiqətən fəlakətlidir.

Bu həm büdcənin icrası, həm ÜDM-nin, investisiyaların həcminin azalması, həm də ərazi itkiləri sahəsində görünür. O, itkilərin çox olduğunu və xərclərin də artdığını vurğulayıb.

Ermənistanda proseslər hansı istiqamətdə inkişaf edəcək?

Sabiq Prezident Əbülfəz Elçibəyin köməkçisi, politoloq Oqtay Qasımov "Cümhuriyət”ə açıqlamasında bildirib ki, proseslərin inkişafında həlledici məqam Ermənistan güc strukturlarının və Rusiyanın məsələyə mövqeyi olacaq:

"Ermənistanda narazı elektoratın sayı getdikcə çoxalacaq və onların aksiyalarda iştirakı da artacaq. Bu daha çox Qarabağdan cəsədləri gələn ermənilərin sayı ilə bağlı olacaq. Yəni Qarabağdan nə qədər erməni cəsədi gələcəksə, bu Ermənistanda durumu daha da ağırlaşdıracaq. O baxımdan Ermənistanda vəziyyət hələ də gərgin olaraq qalacaq. Müxalifət, xüsusən də daşnaklar 17 partiyanın arasında bu prosesin əsas hərəkətverici qüvvəsi kimi cıxış edirlər. Onlar bildirirlər ki, yeni ilədək Nikol Paşinyanın istefasına nail olmağa çalışırlar və buna imkanları da var. Hökumət də təbii ki, öz manevrlərini edir. Onlar artıq növbədənkənar seçkilərin keçirilməsini ortaya atıblar. Eyni zamanda onlar seçki haqqında qanunun dəyişdirilməsini də müzakirə edirlər. Yəni onlar da hansısa bir formada gərginliyin azaldılmasına çalışırlar. Amma hər halda, prosesin gedişatında mitinqlər mühüm rol oynasa da, həlledici faktor güc strukturlarının məsələyə münasibəti olacaq. Həm polisin, həm ordunun, həm də xeyli dərəcədə Rusiyanın mövqeyi bu məsələdə həlledici təsirə malik olacaq”.

Politoloq hesab edir ki, hələlik Nikol Paşinyanı devirəcək etirazçı kütləsi də yetərli deyil:

"Nikol Paşinyana qarşı Vazgen Manukyan 17 partiyanın əsas namizədi kimi çıxış edir. O da Paşinyan hakimiyyətini xəyanətdə və torpaqları satmaqda ittiham edir. O ki qaldı, Paşinyanın özünün məsələsinə, onun partiyasının mövqeyi hazırkı vəziyyətə qədər ondan ibarətdir ki, Paşinyan Baş nazir postunda qalır və əgər növbədənkənar seçkilər keçiriləcəksə, bu proses onun rəhbərliyi ilə aparılacaq. Yəni bu ana qədər Paşinyan hökumətinin mövqeyi bundan ibarətdir. Amma yaxın günlərdə nələrin baş verəcəyini hal- hazırda demək bir az çətin olar. Çünki hazırda küçələrə çıxan və etiraz edən etirazçıların sayı, 2018-ci ilə Paşinyanın Sarkisyana qarşı etiraz edənlərdən iki dəfə azdır. O baxımdan hələlik yetərli etiraz elektoratı və kütləsi toplanmayıb. Ona görə də burada əsas həlledici məqamın güc strukturlarının və Rusiyanın məsələyə mövqeyindən asılı olacağını qeyd edirəm. Güc strukturlarının da mövqeləri hələlik Paşinyanın müdafiə olunması istiqamətindədir. Ölkədə ordu və polis hələlik Paşinyana sadiqlik nümayiş etdirir. Baxmayaraq ki, Ermənistanda bir sıra qubernatorlar, adminstrasiya rəhbərləri etiraz olaraq istefa verirlər. Amma bu hələlik prosesin istiqamətini ciddi şəkildə dəyişmək imkanına sahib deyil”.

Əli Bədir





Həftənin ən çox oxunanları