Yuxarı

Bakıda səslənən bayatı, Kremldə basılan düymə: Tehran da ortada "odla oynayır”

Bakıda səslənən bayatı, Kremldə basılan düymə: Tehran da ortada

Bakıda səslənən bayatı, Kremldə basılan düymə: Tehran da ortada

İranın "Arazı ayırdılar” bayatısını bəhanə edərək Türkiyəyə qarşı başlatdığı kampaniya əslində bu ölkənin özü üçün riskli vəziyyət yaradır.

Çünki rəsmi Ankaranın da dediyi kimi, Türkiyə hər zaman İranın yanında olub, onu dəstəkləyib. İranın Qarabağ məsələsindən kənarda qalması, qardaş Türkiyənin isə ən yaxın iştirakı fars rejimini nifrət qusmağa məcbur edir. Artıq nifrətini içində tuta bilməyən İran bunu müxtəlif bəhanələrlə nümayiş etirir.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin öz nifrətini qeyri- diplomatik şəkildə nümayiş etdirməsi, əslində rəsmi Tehranın qaranlıq üzünü ortaya qoymuş oldu. Lakin Güney Azərbaycandan da Prezident Rəcəb Tayyib Ərdoğana saysız dəstəklər gəldi və hələ də gəlməkdə davam edir.

İranın Türkiyəyə qarşı başlatdığı kampaniya Güney Azərbaycanda əks-effekt yarada bilərmi?

"Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan "Cümhuriyət”ə açıqlamasında deyib ki, İranın "Arazı ayırdılar” bayatısını bəhanə edib Türkiyəyə qarşı təbliğata başlaması Rusiyanın sifarişi idi:

"Arazı ayırdılar” bayatısı 10 dekabrda yaranmayıb. Bu bayatı Azərbaycanın bölündüyü gündən var və hər zaman müxtəlif peşə sahiblərinin dilində olub. Ona görə də Rəcəb Tayyib Ərdoğanın bu bayatını səsləndirməsinə İranın münasibət bildirməsi qaşınmayan yerdən qan çıxarmaqdır. İran niyə bu addımı atdı? Çünki İran Vətən müharibəsi zamanı ermənilərə yardım edib. İran erməni tanklarını yanacaqla təmin etdiyinə görə, Azərbaycanda nüfuzdan düşüb. Bundan başqa İran erməni işğalçılarını ərzaqla təmin edib və Rusiyadan gələn silahların öz ərazisindən Ermənistana ötürülməsində vasitəçilik edib. Bütün bunlar onun Azərbaycanda olan nüfuzuna zərbə vurdu. Xüsusən Prezident Ərdoğanın bu bayatını səsləndirməklə guya Azərbaycan Respublikasının suverenliyinə zərər vurması haqqında ittihamlar cəfəngiyyatdır. İran sadəcə olaraq, paxıllıq edir. Türkiyənin yardımı ilə Ermənistanın işğalçı qoşunları Qarabağdan çıxarılandan sonra Azərbaycanda qardaş ölkənin nüfuzu daha da artıb. Bu məqam İranı narahat edir. Ona görə də məlum bayatını bəhanə edib münasibət bildirirlər. Əgər Güney Azərbaycan İrandan ayrı bölgə deyilsə, İran niyə narahat olur? Deməli, Güney Azərbaycan məsələsi var ki, onun Arazla ayrıldığını və ayrı bölgə olduğunu İran qəbul edir. Yəni İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif özünün münasibəti ilə Azərbaycanın ikiyə bölündüyünü və Güneyli-Quzeyli olduğunu etiraf edir. Bunu bildiyi üçün deyir ki, sevgili Azərbaycanımız haqqında kimsə belə danışa bilməz. İndi nə baş verir? Məlumdur ki, İranda Türkiyəni sevməyən qüvvələr az deyil. Onlar ənənəvi olaraq say etibarı ilə çox olublar. Bunlar kommunistlər, PKK-çılar, fars şovinistləri və sair qüvvələrdir. Onlar indi də Türkiyəyə qarşı hazırkı kampaniyanı başlayırlar. Bir neçə gün öncə Suriyada YPG, Bəşşər Əsəd və Rusiya Silahlı Qüvvələrinin birlikdə Türkiyənin terrorçulardan qoruduğu ərazidə əməliyyat apardığı barədə məlumat yaymışdılar. Bunu yaymaqda məqsəd Türkiyənin Suriyada apardığı anti-terror əməliyyatına qara yaxmaqdır. Türkiyə qarşılıq vermədiyi üçün İran iddia edir ki, Bəşər Əsəd, Rusiya və terrorçu PKK Türkiyəyə qarşı Suriyada birləşib”.

Ekspert hesab edir ki, Türkiyəyə qarşı çağırışlar əks-effekt verə bilər:

"İranda bir sıra anti-türk qüvvələr deyir ki, gəlin Türkiyə məhsullarından imtina edək. Buyurub etsinlər, yenə də itirən İran olacaq. Türkiyə bütün hallarda İranın Avropaya açılan yeganə qapısıdır. İran o qapını da bağlasa, boğulub məhv olar. Türkiyə son 20 ildə atom-nüvə proqramları ilə bağlı məsələlərdə, sanksiyalar söhbətində hər zaman İranın yanın olub və onu müdafiə edib. Türkiyə bunu gizlətmir və bəyan edir ki, dünyanın harasında olursa- olsun, müsəlmanlara zülm edilən yerdə biz varıq. Türkiyə həmin dövlətdir ki, Fələstindəki müsəlmanlara görə İsraillə 10 ilə yaxın münasibətləri kəsdi. Türkiyə "dünya beşdən böyükdür” deyib, hər zaman dünyanı əlində cəmləməyə çalışan BMT-nin 5 üzvünün ədalətsiz mövqeyinə qarşı mübarizə aparıb. İran bunların heç birini etmədi. Rəsmi Tehran ərəb dövlətləri ilə və digərlərini İsrailə qarşı istifadə etmək üçün münasibət qurur. İranın Azərbaycanda fəaliyyəti də məlumdur. İran Azərbaycana Xomeyni inqilabının doktrinasının transformasiyası ilə məşğuldur. Hazırda isə İranın bu ərazilərdən əlləri üzülür. Ona görə də anti- Türkiyə kampaniyası aparır. Eyni zamanda, İran Rusiyanın sifarişini yerinə yetirir. Çünki paradda Rusiyanın Ermənistana bağışladığı texnikalar nümayiş etdirilirdi. Buna Rusiya rəsmiləri açıq şəkildə etiraz edə bilməzdi. Ona görə də Cavad Zərifi maşa kimi istifadə ediblər”.

Ekspert hesab edir ki, Güney Azərbaycanda İrana qarşı aksiyalar başlayacaq, lakin geniş xarakter ala bilməyəcək:

"Nəyə görə Cavad Zərif Türkiyə Səfirliyi qarşısında ermənilər aksiya keçirəndə buna qarşı çıxıb müsəlmanların haqlarını müdafiə etmədi. Axı həmin ermənilər fransızların köməkliyi ilə Salmas, Xoy, Urum şəhərlərində soyqrım ediblər. Nəyə görə Məhəmməd Cavad Zərif bu soyqrım məsələsini heç zaman dilə gətirmir? Axı o terrora məruz qalanlar müsəlmanlar idi. Ona görə də İran hakimiyyətinin başladığı bu kimi kampaniyaların səbəbi xain və xoflu olmasıdır. Onlar da ermənilər kimi qonşularını sevmirlər. Erməni xisləti ilə fars xisləti eynidir. Çünki onlar etnos olaraq eynidirlər. İranda Türkiyəyə qarşı başladılan kampaniya Güney Azərbaycanda elə də güclü əks effekt verməyəcək. Ola bilər ki, Güney Azərbaycanda Türkiyəni müdafiə aksiyaları keçirilsin. Etirazlar həm də ona görə kütləvi şəkil ala bilmir ki, fars rejimi buna imkan vermir. Əgər kütləvi aksiyalar başlasa, aksiyaçıları ikitərəfli cəzalandıracaqlar. Biri razılaşdırılmamış aksiyalara görə olacaqsa, digəri pandemiya qaydalarını pozmaq bəhanəsi ilə olacaq. Amma bundan artığı gözlənilmir. Bir müddət sonra görəcəyik ki, İran Türkiyə ilə bağlı bəyanatlar verib ki, bizim aramızı sionistlər qarışdırıb. Onda belə çıxır ki, Məhəmməd Cavad Zərif, yaxud İranda Türkiyəyə qarşı olan qüvvələr sionistlərə işləyir. Necə olur ki, iki dövlət arasında münasibətləri pozan Zərif hələ də vəzifədədir, amma ölkədə baş verənlərlə bağlı vəziyyəti qələmə alıb dünya ictimaiyyətində çatdıran İbrahim Zəmin edam olunur? Bunun bir adı var, İran xain dövlətdir və atdığı addımlar onun kininin göstəricisidir. İran Qarabağda məsələnin həllindən kənarda qaldığı üçün Türkiyəyə qarşı belə kampaniya aparır. Türkiyənin isə prosesin həllindəki rolu qanunidir. Çünki ATƏT-in Minsk qrupunun üzvüdür. Bir şey bilinməlidir ki, Azərbaycan ikiyə bölünən gündən bu şeirlər, bayatılar, mahnılar yaranıb və bu gün də oxunur. Burda biz Arazın adını dəyişməli deyilik”.

Əli Bədir





Həftənin ən çox oxunanları