Yuxarı

Gürcüstanda siyasi böhran: Müxalifət alternativ parlament yaradır

Gürcüstanda siyasi böhran: Müxalifət alternativ parlament yaradır

Gürcüstanda siyasi böhran: Müxalifət alternativ parlament yaradır

Gürcüstan müxalifəti alternativ parlament yaratmaq qərarına gəlib.

Oktyabrın 31-də keçirilmiş parlament seçkilərinin nəticələrini tanımayan partiyaların bu addımı baş tutarsa, Gürcüstanda hakimiyyət böhranı yarana bilər. Gürcüstan müxalifəti vədinə əməl edərək mandatdan imtina edib.

Ali qanunverici orqanın yeni tərkiblə bir həftə əvvəl işə başlasa da yerləri yalnız hakim "Gürcü Arzusu” Partiyasından seçilmiş millət vəkilləri tutub. Hakimiyyət kompromisə getmək niyyətində görünmür.

Hətta "Gürcü Arzusu” Partiyasının üzvləri öz öhdəliklərini yerinə yetirməyən təşkilatların maliyyələdirilmədən məhrum edilməsi haqqında qanun layihəsi hazırlayır. Eyni zamanda, müxalifət alternativ xalq parlamenti yaratmağı planlaşdırır.

Gürcüstan parıamenti bir həftədir ki, öz işinə başlayıb. Lakin Milli Məclis tam tərkibdə fəaliyyət göstərmir. İclaslarda yalnız rəsmi nəticələrə görə seçkilərin qalibi olmuş "Gürcü Arzusu” Partiyasının deputatları iştirak edir. Müxalifəti təmsil edən Vahid Milli Hərəkat Partiyası və "Güc Birlikdədir" bloku isə səsvermənin yekunlarının kütləvi saxtalaşdırıldığını bildirərək yeni parlamentin fəaliyyətini tanımadığını bəyan edib.

Gürcüstan Mərkəzi Seçki Komissiyasıının məlumatına görə, hakim partiya qanunverici orqandakı 150 yerdən 90-na sahib olub. İkinci yerdə 36 deputat yeri ilə eks-prezident Mixeil Saakaşvilinin liderlik etdiyi Vahid Milli Hərəkat Partiyası və "Güc birlikdədir" blokuna daxil olan "Dövlət Xalq Üçündür”, Tərəqqi və Azadlıq, Gürcüstan Xalq Partiyası, Avropalı Demokratlar, Avropalı Gürcüstan və digər partiyalar az sayda yer tutub.

Ona görə də müxalifət yeni seçkilərin keçirilməsini tələbilə nəticələri tanımaqdan imtina edib. Səkkiz partiyadan beşi artıq proporsional siyahıların ləğvi və mandatdan imtina olunması haqqında sənədi imzalayaraq MSK-ya təqdim edib.

Gələn həftə Gürcüstan parlamenti qanunvericiliyə həmin partiyaların dövlət maliyyəsindən məhrum edilməsi, yaxud dayandırmağı nəzərdə tutan dəyişiklikləri təsdiqləmək niyyətindədir. Buna səbəb kimi, iclaslara qatılmayan partiyaların deputat mandatlarını tam həyata keçirməməməsi və ya üzvlərinin üzrlü səbəb olmadan iclaslarda iştirak etmədiyi əsas gətirilir. Dəyişikliklərə görə, bu cür partiyalar ya ümumiyyətlə dövlət maliyyəsindən məhrum ediləcək, ya da maliyyələşdirilməsi bir il müddətinə dayandırılacaq. Eyni zamanda, maliyyədən məhrum olan siyasi qüvvələr bələdiyyə və ya parlament seçkiləri zamanı ayrılan pulsuz efir vaxtından yararlana bilməyəcəklər. Bundan əlavə, qanun layihəsi bir ay ərzində heç bir plenar iclasa gəlməyən millət vəkilləri üçün maaşların ləğv edilməsini nəzərdə tutur.

Gürcüstan hakimiyyətinin bununla müxalifətə təzyiq etmək istədiyi bildirilir.

Leyboristlər Partiyasının sədri Şalva Natelaşvili isə buna cavab olaraq Xalq parlamenti yaratmağı təklif edib. O, müxalifət partiyalarının yaxın günlərdə bu məsələni müzakirə edəcəyini bildirib. Lakin ekspertlər hesab edir ki, Gürcüstanda siyasi və inzibati resurslara nəzarət hazırda "Gürcü Arzusu"nun əlində olsa da müxalifət axıra qədər mövqeyində israrlı olması hakimiyyət ciddi problem yarada bilər. Çünki Gürcüstan parlamentli respublikadır və hakim partiya müxalifətin iştirakı olmadan legitimliyini təmin edə bilməz. Bu isə növbəti hökumətin formalaşdırlmasına ciddi siyasi əngəllər yarada bilər.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları