Yuxarı

Xamneyinin varis planı: Oğlunu lider kimi qəbul etdirəcək?

Xamneyinin varis planı: Oğlunu lider kimi qəbul etdirəcək?

Xamneyinin varis planı: Oğlunu lider kimi qəbul etdirəcək?

İranın ali rəhbəri Seyid Əli Xamneyinin varis axtarışına çıxıb.

Məlumata görə ali rəhbər öz yerinə oğlu Müctəba Xamyenini təyin etmək istəyir. Bəzi bəzi məlumatlara görə. Seyid Əli Xamneyinin vəzifəsini oğlu Müctəba icra edir. Məlum olduğu kimi, İranda Xamneyinin avtoritar idarəetmə formasına xalqın münasibəti birmənalı deyil.

Ölkədə baş verən çoxsaylı etirazlar da xalqın Xamneyi idarəçiliyindən narazı olduğunun göstəricisidir.

Maraqlıdır, Müctəba Xamneyinin ali rəhbər vəzifəsinə gətirilməsi İranda, xüsusən də ölkənin dini kəsimi tərəfindən necə qarşılana bilər?

"Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan "Cümhuriyət”ə açıqlamasında deyib ki, Müctəba Xamneyinin dini rəhbər kimi hakimiyyətə gəlməsi və orada qalıcı olması yalnız daxili faktordan asılı deyil:

"İranın dini rəhbəri Seyid Əli Xamneyinin oğlu Müctəbanı yerinə varis olaraq hazırlaması təxminən 30 ilin söhbətidir. Əvvəllər hesab edirdilər ki, Xamneyini Rəfsəncani əvəz edəcək. Lakin Xamneyini əvəz edəcəyi gözlənilən şəxslər artıq həyatda deyillər. Son zamanlar Xamneyinin səhhətində də problemlərin olduğu bildirilir. Lakin bununla bağlı dəqiq məlumatlar açıqlanmır. Çünki bütün avtoritar diktatura rejimlərində liderlərin səhhəti haqqında məlumat paylaşılmır. Ona görə də zaman-zaman Xamneyini Müctəba əvəz edəcəyi ilə bağlı məlumatlar yayılır. Hətta bəziləri ölkənin Xamneyi deyil, oğlu Müctəba tərəfindən idarə olunduğunu iddia edirlər. Çünki İran hakimiyyətini idarə etmək üçün hazırkı vəziyyətdə avtoritar bir şəxsə ehtiyac var. Əks halda bu rejim qalmayacaq. Çünki İran rejimi ayrı- ayrı şəxslərin avtoritarlığı hesabına yaşayır. Xamneyinin özü 1979-cu il inqilabının liderlərindəndir. O, İran İslam Respublikasının siyasi-ideoloji təbliğatını formalaşdıran və onu aparan şəxslərdəndir. Xamneyi bu fəaliyyətinə görə dəfələrlə həbs olunmuş şəxsdir. O, 1989-cu ildən bəri dini liderdir. Bu zaman müddəti bir qərinəyə yaxındır. Onunla eyni cəbhənin silahdaşları olan yaşlı nəsil ya dünyadan köçüb, ya da səhhətləri bu vəzifənin icrasına imkan vermir. Müasir dövr daha gənc və enerjili insanları tələb edirlər. Hesab edirlər ki, Müctəba bu vəzifənin öhdəsindən gələ bilər. Çünki ilk növbədə o Xamneyinin oğludur, ikincisi isə atasının tərəfdarlarının onu da dəstəkləyəcəyi gözlənilir. Amma İran hakimiyyəti daxilində çox ziddiyyətli qüvvələr və məsələlər var. İranda kənardan göründüyü kimi hər şey yekcins deyil. Ola bilər ki, bir müddət Müctəbanı qəbul etsinlər. Lakin sonradan bu mövqe dəyişə də bilər. Məsələn, Hafiz Əsədin oğlu Bəşşar Əsəd xalq tərəfindən qəbul olunmuşdu. Lakin Bəşşar Əsəd perspektivdə ölkəni atası kimi idarə etdiyi və islahatlara getmədiyi üçün Qərbin hədəfinə çevrildi. Nəticədə isə Bəşşar Əsadın ölkəsi dağıldı. Yəni Müctəbanın da qəbul olunması təkcə daxili faktordan asılı deyil”.

"Onun hakimiyyətdə qalması çətin məsələyə çevriləcək”

Ekspert hesab edir ki, əgər Müctəba Xamneyi də atasının siyasətini davam etdirsə, hakimiyyətdə qalması mümkün olmayacaq:

"İran xalqı onsuz da Xomeyni və Xamneyidən qalma idarəçilikdən doyub. Əgər Müctəba Xamneyi də eyni siyasəti aparsa, onda onun hakimiyyətdə qalması çətin məsələyə çevriləcək. Digər tərəfdən Müctəbanın Dini lider vəzifəsinə sahiblənməsi üçün bir neçə şərtin yerinə yetirilməsi vacibdir. İlk növbədə İnqilab Keçikçiləri Qvardiyası onu dəstəkləməlidir. Yəni güc strukturları Müctəbanın tərəfində olmalıdır. İkinci məqam onun yürüdəcəyi siyasətlə bağlıdır. Əgər idarəçilik siyasətində islahatçı olarsa, hakimiyyətdə qalma şansı daha da artacaq. Sonuncu məsələ isə bütün bunlara xalqın yanaşması olacaq. Əgər xalq yenilik görərsə və xarici dövlətlər, xüsusən Qərb Müctəbanın legitimliyini tanıyarsa, o Xamneyinin yerinə gələ bilər. Yəni bütün bu şərtlər daxilində Müctəbanın dini rəhbər kimi fəaliyyəti mümkün ola”.

Əli Bədir





Həftənin ən çox oxunanları