Yuxarı

Quzey Suriyada kürd dövləti yaranacaq?!

Quzey Suriyada kürd dövləti yaranacaq?!

general Türkiyəli general: “Bu, Türkiyənin ərazi bütövlüyünə böyük təhlükədir”   “Rusiya Lazkiye, Hama, Hums, İdlib ve Rakkada sadəcə İŞİD-i deyil, Türkiyə, Səudiyyə Ərəbistanı və Qatarın dəstəklədiyi “Əl Qaidə”yə  bağlı “Əl Nusra”, “Ahrar Əş Şam” və Azad Suriya Ordusunun mövqelərini vurur”. Bunu “Cümhuriyət”ə açıqlamasında Türkiyə ordusunun ehtiyatda olan general-mayoru, siyasi analitik Naim Baburoğlu deyib. Onun fikrincə, 7 dövlət Rusiyanı xəbərdar etsə də, bu xəbərdarlığın mənasız olduğu ortaya çıxdı: “Çünki Rusiya, Suriya rejiminə qarşı savaşan bütün müxalifləri terrorçu olaraq gördüyünü və vurmağa davam edəcəyini bəyan etdi. Suriyada İŞİD-in tərəfində rejimə qarşı savaşan  12 min çeçen, tacik, qırğız, qazax və özbək radikal islamçı geri qayıdanda Rusiya üçün ciddi təhlükə yaradacaqlar. Bu baxımdan  Rusiyanın Suriyada əməliyyatlın haqlı olduğu görünütüs yaranır. Rusiyanın hərbi əməliyyatlarına ən çox qarşı çıxan ölkə isə beynəlxalq siyasətdə ciddi təsir imkanlarına malik olmayan Türkiyədir. Rusiya soyuq savaşdan sonra ilk dəfə beynəlxalq arenada ağırlığını hiss etdirdi və qlobal bir güc olduğunu ortaya qoydu. Rusiyanın Tartusda lojistik mərkəzi vardı, indi isə savaşa hazır bir donanması var. Lazkiyədə hava mərkəzi qurdu. Bütün bunlar onu göstərir ki, Rusiya Suriyadan çıxmayacaq, burada qalacaq. Rusiya bu həmləsi ilə sadəcə Suriyada deyil, Yaxın Şərq və Ağdənizdə əsgəri varlığını artıraraq təsir əhatəsini genişləndirmiş oldu. Bundan başqa, NATO üzvü Estoniya, Latviya, Litva və Polşa ilə NATO üzü olmağa hazırlaşan Ukrayna, Gürcüstan və Azərbaycan tərəfindən sərhədlərinə sıxışdırılan Rusiya, öncə Krımda, indi də daha böyük bir strateji addımla Yaxın Şərqdə varlığını və gücünü göstəmirş oldu”.   Türk general əlavə edib ki, ikinci dünya savaşında Hitlerə qarşı qurulan koalisiyanın əsas üzvləri  ABŞ və Rusiya idisə, indi Suriyada İŞİD-ə qarşı yürüdülən əməliyyatda ABŞ və Rusiya baş aktyor rolundadır: “Rusiya Suriyadakı əməliyyatlara ABŞ -la anlaşaraq başladı. Ancaq Suriya düyünündə Rusya ilə ABŞ-ın anlaşa bilmədiyi iki mövzu var. Birincisi, Rusyanın İŞİD-lə yanaşı digər müxalifləri də vurması. İkincisi, Əsədin gələcəyi. Rusiya savaşın birinci raundunu qazandı. ABŞ və Rusiyanın uzlaşdığı mövzu isə Əsədin müxalifətlə masaya oturmasıdır. Rusiya bu məqsədlə  Suriyada üç mərhələli bir həll planını gündəmə gətirib”. Sabiq generalın sözlərinə görə, xarici siyasət sahəsində buraxılan xətalar Türkiyənin təklənmiş duruma salıb: “ABŞ, Qərb ölkələri, İsrail, Səudiyyə Ərəbistanı və Rusiyanın ortaq məxrəcə gələ bildiyi tək mövzu Şimali Suriyada bir kürd bölgəsinin olmasıdır. Həm ABŞ, həm də Rusiya, Şimali Suriyada PKK-nın (PYD) gücləndirilməsi yönündə uzlaşdılar. ABŞ prezidenti  Obama oktyabrın 2-də Suriya müxaliflərinə uyğulanan Eğit-Donat layihəsinin nəticəsiz olduğunu etiraf etdi və Eğit-Donat proqramının Şimali Suriyada PYD güclərinə qarşı həyata keçiriləcəyini söylədi. Şimali İraqda Bərzaniyə bağlı 90 min peşmərgə, ABŞ və Qərb ölkələri tərəfindən təlim görüb, silahlandırılıb və bir ordu təşkil edilmişdi”. N.Baburoğlu bildirib ki, Obamanın bu açıqlamasıdan belə çıxır ki,  Şimali Suriyada PKK-nın təlim görərək silahlandırılıb və bir ordu halına gətirilib: “Belə görünür ki,  Quzey Suriyada Bərzani bölgəsinə bənzər bir PKK dövləti ortaya çıxacaq. Bu, Türkiyənin ərazi bütövlüyüöyük  təhlükədir”. Sabiq general hesab edir ki, Türkiyəni idarə edənlərin yürütdüyü yanlış siyasət nəticəsində PYD (PKK) artıq həm ABŞ, həm də Rusiyanın müttəfiqi olub. Suriya ilə 911 kilometr sərhədi olan Türkiyənin bir PKK dövləti ilə üzləşməsi 2002-ci ildə başladılan xarici siyasətin strateji çöküşüdür: “Bu çöküş sadəcə Türkiyəni idarə edənlərin deyil, Türkiyəni də fəlakətə və bölünməyə aparacaq proseslərin başlanması deməkdir. Türkiyəni idarə edənlərin həyata keçirdiyi ən böyük strateji səhv, “Məzhəbə dayanan” və “Müsəlman qardaşlar əsaslı” bir yanaşma ilə  beynəlxalq siyasət yürütməkdə ısrarlı olmasıdır. ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı avqust ayında Dohada, Suriyanın gələcəyi mövzusunda bir toplantı təşkil  etdilər. İki super gücün Suriya ilə 911 kilometr sərhəddi olan Türkiyə yerinə, Səudiyyə Ərəbistanını seçmələri Türkiyə hakimiyyətinə qarşı güvənsizliklərinin açıq bir göstəricisidir. Beynəlxalq dövləti yox edib, yerinə bir tərifi edilməmiş Osmanlı Ümməti qoyma ehtirası və bölgə lideri olmaq xəyalı divara çırpıldı”. General əlavə edir ki, dünya ictimaiyyətində Yaxın Şərqdə bir din dövləti olaraq tanınan Türkiyə Yaxın Şərq ölkələri ilə qonşu olmasına və İncirlik bazasını ABŞ və digər ölkələrə həvalə etməsinə rəğmən, Suriya və Yaxın Şərqdə oyundan kənar saxlanıldı. “Çözüm Sürəci” ilə isə PKK-nın yüksək səviyyədə güclənməsini təmin etdi və bunun sayəsində terror təşkilatı cənub-şərqi Anadoluda bəzi yerlərə nəzarəti ələ keçirib. Əsədi devirmə ehtirası da, Livan böyüklüyündə bir bölgənin Şimali Suriyada PKK-ya hədiyyə edilməsinə səbəb oldu. Suriyadakı Süleyman Şah Türbəsinin qorunması lazım olduğu halda, köçürülərək oradakı son türk torpağı da tərk edildi...Türk Silahlı Qüvvələri bölgədə önəmli bir qorxuducu güc idi. Türk diplomatiyası əsasən sabit və qərarlı bir istiqamətdə yol alırdı. Amma indi ərəb ölkələri daxil olmaqla dünya ictimaiyyəti Türkiyənin təsirli bir güc olmadığına inanmış durumdadırlar...”.   Cavad  





Həftənin ən çox oxunanları