Yuxarı

“Türkiyə ciddi təhlükə qarşısındadır”

“Türkiyə ciddi təhlükə qarşısındadır”

[caption id="attachment_1252" align="alignleft" width="369"]varol esen Varol Esen: “Təkcə Rusiya yox, dünya türkün gücünü görəcək”[/caption] Noyabrın 1-i Türkiyə üçün çətin bir gün olacaq. Qardaş ölkə təkrar seçkilərə gedəcək. Türkiyənin çətin durumda olduğu göz önündədir. Bir tərəfdən PKK terror təşkilatı qanlı olaylar törədir, digər tərəfdən Türkiyənin Suriya siyasəti ölkəni çətin durumda qoyub. Rusiya qırıcılarının Türkiyənin hava sərhədlərini pozması ilk siqnallarını verdi. Türkiyə Suriya diktatoru Bəşər Əsədin getməsini istəyir, Rusiya isə buna qarşı çıxır. Rusiyanın gözlənilmədən Suriyaya girməsi isə Türkiyənin işini bir az da çətinə saldı. Suriya ilə 911 kilometr sərhədi olan Türkiyə faktiki olaraq Rusiyanın təzyiqi ilə üz-üzə qalıb. Görünən odur ki, Türkiyənin Suriya ilə deyil, Rusiya ilə 911 kilometr sərhədi olacaq. Bütün bunlar, hazırda davam edən proseslər NATO ölkələri içərisində ən çətin vəziyyətə Türkiyəni salıb. Suriyadakı gərginlik Türkiyəyə də sirayət edə bilər və daha böyük qaçqın kütləsinin Türkiyəyə axınının qarşısını almaq asan olmayacq. PKK problemi, seçkilər, Suriya düyünü, Türkiyənin durumu və digər məsələrlə bağlı müsahibimiz Türkiyədə fəaliyyət göstərən Böyük Turan Hərəkatı Partiyasının sədri Varol Esendir. Varol bəy deyir ki, Türkiyə tarix boyu heç bir zaman bu qədər aciz duruma düşməyib və bu qədər xəyanətə uğramamışdı. - 1 noyabrda keçiriləcək təkrar seçkilərdən gözləntiləriniz nədir? Bu dəfə AKP təkbaşına hökumət ola biləcəkmi? - Hazırda sadəcə AKP deyil, heç bir partiya təkbaşına hakimiyyətə gələ bilməz. Hazırkı siyasi vəziyyət bunu deməyə əsas verir. Ölkədə vəziyyət fərqlidir. Ona görə də, siyasi proseslər əvvəlki şərtləri diktə eləmir. Bu üzdən demək istəyirəm ki, AKP başda olmaqla artıq təkpartiyalı sistem qurmaq heç bir partiyaya nəsib olmayacaq. - HDP yenidən müəyyən olunmuş həddi keçəcəkmi? - HDP bu dəfə də baryeri aşacaq, amma ötən seçkidə olduğu qədər səs toplaya bilməyəcək. Müəyyən faiz səs itirəcək. Amma itiriləcək səs faizinin böyük olmayacağını düşünürəm. - Belə çıxır ki, PKK terror təşkilatının törətdiyi terror aktları HDP-nin səs itirməsinə o qədər də təsir göstərməyəcək? - Bu hadisələr HDP-yə çox təsir göstərməyəcək. Çünki HDP-yə səs verənlərin hamısı zatən PKK tərəfdarıdır. HDP-nin demokratik yol seçdiyini iddia edən bir terror təşkilatı olduğunu hər kəs yaxşı bilir. Hamımız bilirik kii, HDP-yə səs verənlər potensial terrorçudur. Ona görə də terror hadisələri bu partiyanın reytinqinin aşağı düşməsinə o qədər də təsir etməyəcək. Reallıq bundan ibarətdir. - Böyük Turan Hərəkatı Partiyası bu seçkilərə qatılacaqmı? - Partiyamız hələ ki, seçkilərə qatılmır. Yavaş və əmin addımlarla irəliləyirik. Hədəfimiz bundan sonrakı seçkilərdə iqtidar olmaqdır. Ümid edirəm ki, buna nail olacağıq. Düzgün yolda irəliləməyimiz bunu deməyə əsas verir. - Türkiyənin Suriya siyasətinə münasibətiniz necədir, yanlış və doğru tərəflər nədən ibarətdir? - Türkiyə Cümhuriyyətini idarə edənlər Suriya mövzusunda çox yanlış siyasət həyata keçirdilər. Hökumət sadəcə Suriya ilə bağlı deyil, bütün qonşularımızla əlaqədar eyni bacarıqsızlığı və ya xəyanəti sərgilədi. Sən hələ öz daxilindəki problemləri həll edə bilməmisən, amma başqa bir ölkənin daxili işlərinə qarışırsan. O yanlış siyasət və ya xəyanət ucbatından atəş çəmbərinin içindəyik. Sərhədlərimiz ciddi anlamda təhlükədədir. Bu işin heç bir doğru tərəfi yoxdur. “Süleyman şah” türbəsini belə qaçırmaq məcburiyyətində qaldılar. Bütün bunlar göstərir ki, Türkiyə hakimiyyəti Suriya məsələsində çox ciddi siyasi səhvlərə yol verdi və bunun altını çəkəcəyik. Hazırda davam edən proseslər də bu istiqamətdə müsbət bir şey deməyə əsas vermir. - Rusiya qırıcılarının Türkiyə hava məkanını pozmasını necə dəyərləndirirsiniz? - Rusya sərhədlərimizi pozaraq sözdə güc nümayiş etdirir. Hesab edirəm ki, türkün gücünü unudublar. Əgər hər hansı bir səhv addım atmaq fikrinə düşərlərsə, onlara türkün gücünü göstərəcəyik. Sadəcə, Rusiya deyil, dünya bir daha türkün gücünü görəcək. - Türkiyədə milliyyətçi kəsimin proseslərə təsir imkanları nə qədərdir? - Milliyətçi kəsim prosesə birbaşa təsir göstərəcək gücə sahibdir. Amma milliyyətçilərin başındakı lider anlaşılmaz bir şəkildə onları passivləşdirir. Çıxışları ilə atdığı addımlar bir-birini tamamlamır, sanki gizlicə türk düşmənliyi edirlər. Görüntüləri və hərəkətləri milliyyətçi hissi oyandırmır. - Türk birliyi ilə bağlı nə düşünürsünüz, bu ideologiyanın praktiki olaraq həyata keçmə ehtimalı varmı? - Burada  əsil üzərində durulması mövzu elə türk birliyidir. Yaşamış və yaşamaqda olduğumuz olayları göz önünə aldığımızda, türk birliyinin qurulmasının şərt olduğu önə çıxmaqdadır. Türk birliyini quracağıq və dünya türkə biət edəcək. Dünyaya ədalət və nizam gələcək. Qarabağı ermənilərdən geri alacağıq. Ermənistanı bütövlükdə almağa belə potensialımız var. Azərbaycanlı qardaşlarımıza səslənirəm, Qarabağa Azərbaycan və Türkiyə bayrağını sancacağıq.   Cavad





Həftənin ən çox oxunanları