Yuxarı

“Müxalifət bazarlığa gedə bilmədi, hakimiyyət daha da avtoritarlaşdı”

“Müxalifət bazarlığa gedə bilmədi, hakimiyyət daha da avtoritarlaşdı”

  [caption id="attachment_1023" align="alignleft" width="368"]cavid musazade Cavid Musazadə: “Hazırkı qeyri-demokratik mühit Cəmil Həsənlinin, Əli Kərimlinin “xidmətinin” nəticəsidir”[/caption] Milli Şuranın sədri Cəmil Həsənli öz facebook səhifəsində parlament seçkilərində “seçiləcək” namizədlərin siyahısını paylaşıb. Nəzərə alsaq ki, hələ parlament seçkilərinə xeyli vaxt qalıb, Cəmil Həsənlinin bu siyahısı  seçkinin demokratik keçirilməyəcəyinə bir işarədir. AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin İdarə Heyətinin üzvü, 30 saylı Suraxanı birinci seçki dairəsindən namizəd Cavid Musazadə Cəmil Həsənlinin siyahısına münasibət bildirib.   Cebhe.info-ya açıqlamasında C.Musazadə deyib ki, Azərbaycanda müxalifətin siyasi proseslərdən uzaqlaşdırılması, seçkilərin qeyri-demokratik keçirilməsi məhz bu cür siyahını paylaşan Cəmil Həsənli, Əli Kərimli və Arif Hacılı kimi liderlərin apardığı fəaliyyətin nəticəsidi: “Azərbaycanda demokratik təsisatların formalaşması üçün 90-cı, 2000-ci illərdə illərdə müxalifət partiyalarına kifayət qədər qrant ayrılıb.   Ancaq bu pullar müxalifətin, vətəndaş cəmiyyətinin, QHT-nın formalaşmasına sərf edilməyib. Bu səbəbdən də cəmiyyətdə siyasi savadsızlıq, müxalifət partiyalarında anormal mühit formalaşıb. Mən əslində hakimiyyətin seçkidən əvvəl siyahı hazırlamasını qınayıram, çünki ölkədə azad seçki mühiti, demokratiya yoxdu”.   Cavid Musazadə deyib ki, Cəmil Həsənli və Əli Kərimli kimi liderlərin siyasəti yanlışdır və hakimiyyət də bundan sui-istifadə edir: “Nə Avropa, nə də digər xarici dövlətlər gəlib hakimiyyəti dəyişib sizi millət vəkili və yaxud ölkə rəhbəri etməyəcək. Mən razıyam ki, seçki düzgün keçirilmir. Avropa İttifaqının Azərbaycanla əlaqələri kəsməsi ilə bəzi müxalifət partiyaların seçkini boykot etdi. Müxalifət hakimiyətlə gizli dialoq aparırdı, hakimiyyət Əli Kərimliyə və ya Cəmil Həsənliyə, Milli Şuraya bir neçə mandat versəydi, seçkidə iştirak edəcəkdilər. Avropa da seçkini normal qəbul edəcəkdi. Ancaq Avropa İttifaqının seçkini monitorinqdən imtina etməsi,  hakimiyyətlə əlaqələri kəsməsi müxalifəti bazarlaşma imkanından məhrum etdi. Hakimiyyət də bu seçkidə avtoritarizmə getdi”.   “Cəmil Həsənlinin açıqladığı siyahını ortaya çıxaran reallıq əslində, elə Cəmil Həsənli kimi liderlərin fəaliyyətinin nəticəsidir” deyən Cavid Musazadənin sözlərinə görə, ənənəvi müxalifət liderləri heç vaxt normal dialoq tərəfdarı olmayıblar: “Dialoq təklif olunanda müxtəlif bəhanələrlə dialoqdan imtina ediblər. Öz güclərinə uyğun iddiada olmayıblar. Siyasət mümkün olanı əldə etmək bacarığıdır. Gücün çatmayana iddia edib gəcləri məhv etmək, ziyalı insanları uzaqlaşdırmaq doğru deyil”.   Vilayət Muxtar





Həftənin ən çox oxunanları