Yuxarı

“Sabah Azərbaycanın başına bir hadisə gəlsə...”

“Sabah Azərbaycanın başına bir hadisə gəlsə...”

[caption id="attachment_1317" align="alignleft" width="280"]zerdust Elizade Zərdüşt Əlizadə: “Xalq küçəyə çıxmayacaq”[/caption] Azərbaycanda noyabrın 1-də keçiriləcək beşinci çağırış parlament seçkiləri ərəfəsində siyasi partiyaların fəaliyyəti, seçkilərdə iştirak proqramı, tədbirlər planı, müxalifət partiyalarının mövcud iflasabənzər durumu maraq doğurur. Siyasi qurumların resursları və potensialları, seçki mübarizəsində qüvvələri və seçicilərlə işləmək imkanları, eləcə də, başqa bir çox amillər diqqət mərkəzinə gəlir.   Ötən seçki dönəmlərində olduğu kimi, bu il də, Dairə Seçki Komissiyaları tərəfindən müxalifətdən olan namizədlərin imza vərəqələrini qəbul etməkdən boyun qaçırılması, onların təqdim etdiyi sənətdə imzaların saxta olması haqda iddialar və s. bu kimi süni maneələrin yaradıldığı haqda məlumatlar yayıldı. Bir tərəfdən də, Avropa təşkilatlarının, Vətəndaş cəmiyyəti təsisatlarının bu ilki parlament seçkisini müşahidə etməkdən imtina etməsi, cəmiyyətdə birmənalı qarşılanmadı. Bəzi müstəqil siyasi ekspertlərin fikrinə görə, bu ilki seçki ilə öncəki seçkilər arasında heç bir fərq yoxdur, növbəti parlament seçkisini əvvəlki seçki mühitindən mahiyyət etibarilə heç nə ayırmır.  Politoloq Zərdüşt Əlizadə “Cumhuriyət” qəzetinə müsahibəsində deyib ki, bu ilki parlament seçkisi əhəmiyyət baxımından əvvəlki seçkilərin tam təkrarıdır: “Bir müddət əvvəl Milli Məclisə düşmüş deputatların içərisində Sosial Demokratlar Partiyasının da (ASDP) üzvü olub və dəstəklənib. Bu, 2010-cu ildə də belə olub, əminəm ki, 2015-ci ildə də belədir. Bircə fərq var, 2010-cu ilə nisbətən 2015-ci ildə seçicilərin seçkiyə marağı qalmayıb. Heç bir ümid yeri yoxdur. Hətta inam belə yoxdur ki, seçicilərin iradəsindən nəysə asılı olsun. Azərbaycanın icra hakimiyyəti öz “müdrik siyasəti” ilə ona nail olub ki, xalq Azərbaycan siyasətindən tamamilə aralanıb, biganədir. Bu, çox təhlükəlidir. Çünki öz siyasətinə biganə olan xalq, sabah vətəninə də biganə olacaq. Sabah Azərbaycanın başına bir hadisə gəlsə, xalq küçəyə çıxmayacaq, Vətənin müdafiəsinə qalxmayacaq.   Çünki bu dövlət, artıq onun dövləti deyil. Bu, hakim zümrənin dövlətidir. Siyasəti də onunla müəyyənləşdirirlər. Azərbaycan cəmiyyətinin, xalqının bölüşdürülməsinin əlamətidir”.   Zərdüşt Əlizadə seçkini müşahidə etməkdən imtina edən Avropa təşkilatlarının, vətəndaş cəmiyyəti təsisatlarının da mövqeyinə toxunub: “Hökumət istədiyin edir. Burda vətəndaş cəmiyyətinin də, Avropa təşkilatlarının da günahı yoxdur. Avropa təşkilatları abırların saxlasın deyə, elan edirlər ki, seçkini müşahidə etməyəcəklər. Vətəndaş cəmiyyəti də seçkini müşahidə etməkdən kənarlaşdırılıb. Ümumiyyətlə, nə həvəsləri var, nə də maliyyə resursları.100 nəfər içəridə yatır, 100 nəfəri ölkəni tərk edib. Qalanları da növbəyə düzülüb gözləyirlər ki, müəyyən dəstək alsınlar. Onların da seçkini müşahidə etmək qabiliyyəti yoxdur. Azərbaycanda xalqın ruhunun sönməsi, Vətənə və siyasətə biganələşmə prosesi gedir. Bu da bizim müdrik rəhbərlərimizin özünün planlarına daxildir”.   Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları