Yuxarı

“Cəmil Həsənlinin kişiliyi çatmadı...”- Araz Əlizadədən sərt REAKSİYA

“Cəmil Həsənlinin kişiliyi çatmadı...”- Araz Əlizadədən sərt REAKSİYA

Araz Elizade Milli Şuranın sədri Cəmil Həsənli noyabrın 1-də keçiriləcək parlament seçkilərində mandat alacaq namizədlərin siyahısını açıqlayıb. Həmin siyahıda hakim partiyanın namizədləri ilə yanaşı, “qutudan” çıxacaq müxalifət nümayəndələrinin də adları var.   C.Həsənli bildirib ki, hər şey seçki imitasiyasına hesablanıb və legitimlik görüntüsü yaratmaq üçün bəzi “müxalifət nümayəndələrinə” də yer veriləcək. Milli Şura sədrinin bu açıqlaması siyahıda adı çəkilən bəzi namizədlərin sərt reaksiyası ilə qarşılaşıb.   Məsələn, C.Həsənli iddia edir ki, 35 saylı Xətai üçüncü seçki dairəsindən  Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deputat təyin ediləcək. Qeyd edək ki, həmin dairədə Araz Əlizadə ilə müxalifətin başqa namizədi-Ümid Partiyasının sədri İqbal Ağazadə də yarışır. C.Həsənli ortaya qoyduğu siyahıda Araz Əlizadənin adını yerləşdirməklə İqbal Ağazadənin deputat seçilməyəcəyi anonsunu verib. Məsələyə münasibət bildirən ASDP sədri Cebhe.info-ya açıqlamasında bildirib ki, bu saxta yanaşmanı ortaya qoymazdan əvvəl özünün hansı yolla deputat olduğuna aydınlıq gətirməlidir: “Cəmil Həsənli iki dəfə deputat olub. Mən ondan soruşdum ki, sən necə deputat olmusan.  Onun cavab verməyə kişiliyi çatmadı. Yaxşı olardı ki, o, ilk növbədə, buna aydınlıq gətirsin. Mən isə heç vaxt hakimiyyətdən saxta mandat almamışam. İndiyə qədər neçə dəfə seçkilərə qatılsam da, seçilməyimə imkan verilməyib”.   Araz Əlizadə onu da vurğulayıb ki, İqbal Ağazadə ilə bir dairədə rəqib olması iki müxaifət namizədi arasında seçim aparılacağını deməyə əsas vermir: “Mən heç vaxt radikal müxalifətin yanında olmamışam. Ümid Partiyası, Müsavat, AXCP sağ mərkəzçi qüvvələrdir, biz isə solçu mövqedəyik”.   Ümid Partiyasının sədri isə hesab edir ki, belə bir siyahı elan etmək Cəmil Həsənlinin şəxsi fikridir. Bəri başdan hansısa real olmayan fikirlər söyləmək doğru olmaz. “Hesab edirəm ki, son sözü mənim seçicilərim deyəcək. Mən seçicilərimlə işləyirəm və onların da mənə səs verəcəyinə inanıram”. İqbal Ağazadə Araz Əlizadə ilə bir dairədə yarışmaqda problem görmədiyini deyib.   Müşfiq  





Həftənin ən çox oxunanları