Yuxarı

“Azərbaycan hökuməti təəssüf ki, öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır”

“Azərbaycan hökuməti təəssüf ki, öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır”

avropa parlamenti

Avropa Şurasının (AŞ) Azərbaycanda insan haqlarına dair birgə işçi qrupundan çıxmasına münasibət birmənalı deyil. Demokratik düşərgə baş verənlərdən narazıdır. Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi Natiq Cəfərli Avropa Şurasının (AŞ) Azərbaycanda insan haqlarına dair birgə işçi qrupundan çıxmasına münasibət bildirib.

Məsələni Cəbhə.info-ya  şərh edən hərəkat rəsmisi qeyd edib ki, belə bir addımın atılması işçi qrupunun işini sona verməsi anlamına gəlir. Çünki bu anlaşmada iki tərəf istirak edirdi. Bir tərəfdən Avropa Şurası, bir tərəfdən Azərbaycan hökuməti: "Yerli sivil toplum, hökumət və dövlət orqanlarının nümayəndələrinin birbaşa istirakı ilə belə bir işçi qrupunun yaradılması müəyyən gözləntilər doğurmuşdur. Gözləntilər də ondan ibarət idi ki, siyasi məhbuslarla, sivil toplumla bağlı problemlər mərhələ-mərhələ öz həllini tapacaq. Bir müddət həm Avropa Şurası, həm beynəlxalq qurumlar belə bir ehtimalı gözdən keçirirdilər və gözləmə mövqeyi tutdular. Ehtimal edirdilər ki, Azərbaycan hökuməti bu işçi qrupunun fəaliyyətinə uyğun olaraq, müəyyən addımlar atacaq. Amma çox  təəssüf, heç bir addım atılmadı, heç bir irəliləyiş olmadı. İşçi qrupunun  fəaliyyəti ilə bağlı ciddi  nəticə əldə edilmədi. Belə bir işci qrupunun yaranması formal olaraq hər hansı bir fəaliyyətə işarə edirdi. Ancaq heç bir nəticə yox idi və uzun müddət belə davam edə bilməzdi. Təbii ki, Yaqlandın bu bəyanatı, işçi qrupunun işinin sona verməsi anlamına gəlir. Bir tərəfin razılaşmadan çəkinməsi, qrupun fəaliyyətini minumuma endirir". Ekspert Avropa Şurasının bəyanatının Azərbaycan üçün gələcəkdə hansı nəticələr verə biləcəyini xüsusi vurğulayıb: "Bu, Azərbaycanın  beynəlxalq imicində çox ciddi problemlərin yaşandığı bir dövrdə sivil toplumla, siyasi məhbuslarla bağlı məsələnin  növbəti  dəfə gündəliyə gəlməsi, müzakirəyə çıxarılması ilə nəticələnəcək. Çünki Avropa Şurası Azərbaycanla bağlı çox açıq  mövqe ortalığa qoyub. 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv olarkən könüllü olaraq, üzərinə öhdəliklər götürüb və bu öhdəliklərin ən başlıcası insan hüquqları, seçkilər və söz azadlığı ilə bağlıdır. Ona görə də Azərbaycandan tələb olunan yeganə məsələ odur ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Azərbaycan hökuməti isə təəssüf ki, bu öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Onsuz da Avropa  strukturları ilə münasibətlər çox gərgindir. Azərbaycan indi seçkiyə gedir və çox güman ki, Avropa Şurası bu seçkilərlə bağlı az da olsa pozitiv bir mövqe tutmuşdur. Amma görünən odur ki, o pozitiv mövqe də getdikcə zəifləyir və  Avropa strukturları ilə  Azərbaycan arasında münasibətlərin daha da aşağı səviyyəyə enir. Bu da beynəlxalq qurumların seçkilərin nəticələri ilə bağlı verəcəyi rəyə ciddi təsir göstərəcək". Qeyd edək ki, Avropa Şurası (AŞ) insan hüquqları üzrə bağlı Azərbaycanla faəliyyət göstərən birgə işçi qrupunun fəaliyyətini dayandırıb. Bu barədə AŞ baş katibinin mətbuat katibi bəyanat verib.

Bəyanat baş katib Torbyörn Yaqlandın adından oktyabrın 7-də yayımlanıb. Bəyanatda bildirilib ki, Azərbaycanda insan haqlarının vəziyyətinə dair irəliləyiş olmadığına görə İşçi Qrupu fəaliyyətini dayandırır və qərarı barədə prezident İlham Əliyev məlumatlandırılıb.

Nihadə





Həftənin ən çox oxunanları