Yuxarı

Yeni dövrə  yeni düşüncəylə

Yeni dövrə  yeni düşüncəylə

IMG_8477

Razi Nurullayev liderlik parametrlərinə görə Əli Kərimlidən çox yüksəkdir

AXCP qurultaya hazırlaşır. Oktyabrın 18-də AXCP Etimad Qurultayı keçirəcək. Əli Kərimlinin Şimali Koreya tipli yönətimindən narazı olan cəbhəçilərin birləşdiyi AXCP Etimad Qurultayı Təşkilat Komitəsi hazırlığı yekunlaşdırmaq üzrədir. AXCP EQTK 3 ay ərzində cəmiyyətin diqqətini AXCP-də baş verənlərə çəkə bildi. Qurultaya hazırlıq dövründə toplumun diqqəti təkcə AXCP-yə çəkilmədi, bütövlükdə müxalifət daxilində baş verənlər diqqət mərkəzinə gəldi.

AXCP sədrinin sabiq müavini, partiyada hökm sürən avtoritar idarə etməyə görə haqsızlığa məruz qalmış, partiyadan çıxarılmış Razi Nurullayevin rəhbərlik etdiyi hərəkat müxalifət düşərgəsində canlanma yarada bildi. AXCP EQTK-nın yaranması, qurultay hazırlığı, eyni zamanda müxalifət düşərgəsində yeniləşmə hərəkatına başlaması, müxalifətə, hakimiyyətə yeni baxış sərgiləməsi yeni siyasi ab-hava yaradıb.

Bu gün cəmiyyət 18 oktyabrda keçiriləcək AXCP Etimad Qurultayına köklənib. Gözləntilər çoxdur.

Əvvəla, etimad qurultayının 18 oktyabra salınması özü simvolikdir. 17 noyabrda Milli Dirçəliş prosesi başlamışdısa, 18 oktyabr Azərbaycan tarixində yeni səhifənin açıldığı gündür. 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının müstəqillik haqqında Konstitusiya aktı qəbul edilib. AXCP EQTK-nın bu günü seçməsi təsadüfi deyil. Azərbaycan Xalq Cəbhəsinin Azərbaycanın çağdaş tarixində böyük rolu var. 18 oktyabr Azərbaycan tarixinə AXC-nin ən uğurlu addımlarından biri kimi düşüb. AXCP EQTK 18 oktyabrı seçməklə xalqa birlik və yeniləşmə mesajını verir.

Ənənəvi müxalifət 20 ildir ki, 1993-cü ildə təhvil verdiyi hakimiyyəti geri ala bilmir. 20 ildir xalqa boş vədlər verilir, hər seçkidə uğursuz kampaniya aparılır, “seçilmişdik, səsimizi aldılar”, “mənəvi qələbə qazandıq”, “gələn seçki daha maraqlı olacaq” bəhanəsi ilə protest elektoratı yola verilir. Razi Nurullayev və tərəfdarları müxalifəti durumdan qurtarmağı yolunu konkret göstərir:

-Xalqa qarşı səmimi olmaq;

-Qaragüruhdan uzaqlaşmaq;

- Söyüş və qara piar metodlarından imtina etmək;

-Azərbaycan siyasətinə Avropa kübarlığı gətirmək;

-Demokratik Türkiyə siyasi modelini tətbiq etmək;

-Xalqla bütünləşmək;

Əli Kərimlinin qurultay adı ilə keçirdiyi 27 sentyabr toplantısı isə reallıqdır ki, heç nə ilə yadda qalmadı. Köhnə metodlarla toplantı keçirildi, alternativsiz qaydada sədr seçildi. Cəmiyyətə yeni mesaj verilmədi, yeni nəfəs gətirilmədi.

Əldə etdiyimiz məlumata görə, Razi Nurullayev tərəfdarlarının keçirəcəyi qurultay tam fərqli bir toplantı olacaq. AXCP EQTK əvvəla, cəmiyyətə avtoritar zehniyyətə sahib, qisasçı, təhqiri əsas mübarizə vasitəsi seçmiş, liderinə xəyanət etmiş Əli Kərimlinin tam əksi olan bir ldierini təqdim edəcək. Çünki Razi Nurullayev bütün parametrlər üzrə Əli Kərimlidən üstündür.

Demokratdır, səmimidir, mədənidir, kübardır, yalnız rus dilində danışa bilən Əli Kərimlidən fərqli olaraq bir neçə xarici dil bilir. Geniş arealda beynəlxalq əlaqələri var. Beynəlxalq təşkilatlar və diplomatik korpus tərəfindən yeni təfəkkürlü lider olaraq qəbul edilir. Razi Nurullayev gənclərdən, yeni enerjili insanlardan, demokratik seçkidən qorxmur. Əksinə,  gənclərlə işləməyə üstünlük verir. AXCP EQTK-da təmsil olunan gənc liderlərin əksəriyyəti siyasətə onun dəstəyi ilə gəlib. Razi Nurullayevin başladığı hərəkat yenilikçidir. Bu hərəkatın avanqard qüvvəsi isə gənclərdir. 18 oktyabr qurultayı Azərbaycan müxalifəti üçün də yeni imkanlar açacaq. Yeniləşmə prosesi AXCP-dən bütün müxalifətə və cəmiyyətə yansıyacaq. İqtidarı islahatlara məcbur edəcək yeni mərhələnin əsasını qoyacaq. Sivil və demokratik mübarizədə önəmli bir mərhələ başlayacaq.

Türkel





Həftənin ən çox oxunanları