Yuxarı

AMİP-in növbəti sədri  Əli Orucov olacaq?

AMİP-in növbəti sədri  Əli Orucov olacaq?

Eli Orucov 200710 “Partiyanı mən daha yaxşı tanıyıram” Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) ilə bağlı yaranmış müəmmalı durum davam edir. AMİP-in sabiq sədri Yusif Bağırzadə telefonu söndürməklə yanaşı, hər vəchlə ictimaiyyətdən yayınır və mətbuata heç bir açıqlama vermir. Media isə növbəti sədrin kim olacağı ilə bağlı müxtəlif versiyalar irəli sürür. Ehtimallardan biri də partiyanın lideri Etibar Məmmədovun oğlu Ayxan Məmmədovla bağlıdır.   Amma müşahidələr göstərir ki, Ayxan Məmmədovun partiya sədri olmaq şansı yoxdur. Çox gənc bir şəxsin partiya sədrliyinə gətirilməsi illərini partiyaya vermiş funksionerləri narazı sala bilər. Bu da təşkilatda istefaların olacağını qaçılmaz edəcək. AMİP lideri Etibar Məmmədov da bunu düşünməmiş deyil. Bu məsələyə onun mövqeyini öyrənməyə çalışsaq da danışmaq istəmədiyini bildirdi: “Mən telefonla müsahibə vermirəm və ümumiyyətlə, sualları cavablandırmıram”. E.Məmmədov böyük ehtimalla jurnalistlərin ona olan zənglərinin AMİP-lə bağlı olduğunu bilir və partiyada vəziyyətin hələ bu cür qalması, fikirlərinin narazılıq yaratmaması üçün açıqlama vermək istəmir.   Bütün bunlar isə onu deməyə əsas verir ki, hələ partiyada növbəti sədrin kim olacağı barədə əsas fikir formalaşmayıb. Amma bu, iddialıların olmaması anlamına gəlmir. Bəs növbəti sədrliyə iddialı olan funksionerlər varmı?   Ağla ilk gələn, mətbuatda aktivliyi ilə seçilən AMİP mərkəzi şurasının üzvü Əli Orucovdur. O, sədrliyə iddialı olduğunu gizlətmir də:   “Qurultay çağırılmamış bizim indidən hansısa iddia ortaya qoymağımız düz çıxmır. Hər halda zamanı qabaqlamaq yaxşı olmazdı. 1992-ci ildən partiyanın sıralarındayam. Bu partiyada yetişmişəm, püxtələşmişəm, siyasi təcrübəm və yetkinliyim bu partiyaya bağlıdır. Partiyanı mən daha yaxşı tanıyıram. Sıravi üzvlükdən yüksək postlara qədər etimad göstərilib, fəaliyyətimə qiymət verilib. Təbii ki, bunu partiya üzvləri də dəyərləndirəcəklər və dəyərləndirirlər.   Mən demirəm ki, iddialı deyiləm, müəyyən vaxtlarda iddialı olmuşam. Bir deyim var; “əsgər general olmaq istəmirsə, deməli, yaxşı əsgər deyil”. Amma bu qərarlar, yekun məsələ birbaşa qurultaya bağlı olan məsələdir. Hələ qurultayın vaxtı dəqiq məlum deyil”.   Cavad





Həftənin ən çox oxunanları