Yuxarı

“Əhalinin əksəriyyəti YAP-dan narazıdır”

“Əhalinin əksəriyyəti YAP-dan narazıdır”

[caption id="attachment_1026" align="alignleft" width="264"]Fexrim Ebdulezimov Fəxrim Abduləzimov: “Qurultaydan sonra bizim sıralarımıza qoşulan cəbhəçilərin sayı artacaq”[/caption]

Oktyabrın 18-də Azərbaycan siyasətində yeni mərhələnin əsası qoyulacaq. AXCP-nin Etimad Qurultayı keçiriləcək. AXCP təşkilat komitəsinin üzvü Fəxrim Abduləzimov etimad qurultayına hazırlıq mərhələləri, qarşıya qoyulan vəzifələr ətrafında “Cumhuriyət” qəzetinin suallarını cavablandırıb.

- Fəxrim bəy, AXCP-nin Etimad Qurultayı xalqın müxalifətə etimadını bərpa edə biləcəkmi?

- AXCP-nin Etimad Qurultayı artıq xalqın etimadını qazanıb. Bunu gördüyümüz işlərlə bir daha sübüt etmək olar. Belə ki, qısa müddət ərzində əksər rayonlarda konfranslar keçirib, rayon şöbələrini yenidən bərpa etdik. Deyə bilərik ki, artıq 60-dan çox rayon şöbəsi bərpa olunub. Bu da onu göstərir ki, ölkənin ərazisinin böyük hissəsini əhatə etmişik.Keçirdiyimiz konfranslardan belə qərara gələ bilərik ki, millətin inandığı bir partiyanın yenidən qurulmasına nail ola bilmişik. Belə ki, əhalinin əksər hissəsi YAP iqtidarından narazıdır, bunu birmənalı şəkildə etiraf edirlər. Ancaq ortaya belə bir sual çıxır, kimin axrasınca gedəcəyik, bu dövlətin gələcəyi haqqında kim düşünəcək? Artıq demek olar ki, bu sualların qarşısı birmənalı şəkildə kəsilib. Çünki AXCP EQTK-nin xalqın etimadını qazanıb.

- Hazırkı durğunluq şəraitində Etimad Qurultayı cəmiyyətdə siyasi hadisəyə çevrilə biləcəkmi?

- Bildiyimiz kimi, ölkədə siyasətlə məşğul olan insanlar çox azdır. Bunun da əsas səbəbi ölkədəki siyasi liderlərin siyasətlə yox,bizneslə məşğul olmasıdır. Bu insanları yenidən inandırmaq və siyasətə cəlb etmək çox çətin proses olacaq. Ancaq nə qədər çətin olsa da artıq biz bu istiqamətdə işlərimizi aparırıq.Əhalinin bütün problemlərini qabartmağa və onlara dəstək olmağa çalışırıq. Bununla yanaşı, Qarabağ problemi də,ən önəmli və həlli vacib məsələlərdəndir. Bu problemlərin həllində narazı siyasətlə məşğul olan insanlarla bərabər, siyasətlə məşğul olmayan insanlar da bizə dəstək verəcək. Bu da onu sübuta yetirəcək ki, biz artıq əhalinin etimadını bərpa etmişik.

- Yenilənmiş AXCP partiyadakı avtoritar rejimdən usanıb uzaqlaşmış cəbhəçiləri geri qaytara biləcəkmi?

- Biz artıq avtoritar rejimdən usanıb uzaqlaşmış cəbhəçiləri öz yanımıza cəlb etmişik. Bu insanların sayı istədiyimiz qədərdi və verilən bəyanatlardan da bunu görmək olar. Onların adları və fikirlərini də mətbuata təqdim etmişik. Hesab edirəm ki, oktyabırın 18-də keçirəcəyimiz qurultaydan sonra bizim sıralarımızaqoşulacaq cəbhəçilərin sayı artacaq. Ola bilər ki, birbaşa Əli Kərimliyə dəstək verən bəzi cəbhəçilər də AXCP sədrinin çirkin və nəticəsiz siyasətindən bezib bizimlə birləşsin. Narazı cəbhəçilərin bizə dəstək olmasının əsas səbəbi, sıralarımızda  olan insanların səmimiliyi və sivil mübarzə metodlarına üstünlük verməsidir.

- AXCP yeni siyasi simaları cəmiyyətə təqdim etmək iddiasındadır. Sizcə, partiya bu iddiaları doğrulda biləcəkmi?

- Sıralarımızda olan insanları artıq cəmiyyət tanıyır.Çünki bu insanların əksəriyyəti Elcibəy dönənimdən siyasətlə məşğuldur vəcəmiyyətdə yetərli nüfuza malikdirlər.Sıralarımıza yeni qoşulan insanların  tanınmasına gəldikdə, bütün gücümüzlə çalışıb onları cəmiyyətə təqdim edəcəyik. Belə ki, əksər görüşlərin keçirilməsində biz bu insanları cəmiyyətə təqdim edirik və onların fikirlərinə  yer veririk.

- Partiya olaraq Azərbaycanın Avrointeqrasiya siyasətinə münasibətiniz necədir?

- Qeyd edə bilərəm ki, xarici təşkilat və dövlətlərin istər iqtidara, istərsədə ölkədə olan müxalifpartiyalara münasibəti birmənalı şəkildə heç də ürəkaçan deyil. Biz bu münasibəti aradan qaldırmaq üçün bütün dünya dövlətlərivə təşkilatları ilə münasibətləri yenidən tənzimləyəcəyik. Biz bu münasibəti partiyada və ölkəmizdə apardığımız siyasətlə göstərəcəyik. Ölkədə demokratiya, söz azadlığının bərpası üçün ən lazımi vasitələrdən istifadə edəcəyik.

Yeganə  Oqtayqızı





Həftənin ən çox oxunanları