Yuxarı

Əli Kərimlinin gizli əlaqələri

Əli Kərimlinin gizli əlaqələri

Eli Kerimli

Yunanıstan səfiri ilə onu nə birləşdirirdi?

Qorbaçov "yenidənqurma"sının müsbət tərəfləri ilə yanaşı xeyli problemləri də cəmiyyətə daşıyıb ki, hələ də altını çəkirik. Bu proses əslində güclü selə bənzəyirdi. Özü ilə atalar demişkən, mütləq çör-çöp də gətirməli idi. Bu axının gətirdiyi çör-çöplərdən biri də o zamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi olan Əli Kərimli idi. Tələbə yoldaşlarının xatirələrinə görə, əsgərlikdən sonra tələbə adını qazanmış Əli Kərimli birinci kursdan başlayaraq özü üçün karyera qurmaq, komsomol katibi olmaq, bir sözlə, nəyin bahasına olursa-olsun, vəzifə əldə etmək istəyirdi.

Əlbəttə, hər bir insanın vəzifəyə can atmasında pis bir şey yoxdur. Ancaq insan nəyin bahasına olursa-olsun, vəzifəyə can atanda sonralar xeyli problemlər yaradır. Canlı şahidlər danışır ki, aşağı kurs tələbəsi olan Əli Kərimlinin bu xasiyyətinə görə ona "komsomol", "karyerist" ləqəbi vermişdilər. Elə AXCP-də birinci müavin olarkən də çoxları ona ironiya ilə "komsomol" deyərmiş.

Azərbaycanda Xalq Hərəkatı başlayanda bir qrup universitet tələbəsi "Yurd" adlı ictimai təşkilat yaratdı. Bu təşkilatı yaradanların çoxunu sonra Əli Kərimli şərləyərək, yaxud başqa yollarla sıradan çıxardıb "Yurd”u ələ keçirdi.

Əslində,  "Azadlıq" qəzetində adi müxbir işləyən Əli Kərimovun qabağa çəkilməsində rəhmətlik Nəcəf  Nəcəfovun böyük rolu oldu. Mərhum Nəcəf Nəcəfov xaraktercə səmimi və çox böyük demokrat olduğundan bəlkə də Əli Kərimlini dərindən tanıya bilməmişdi. Ona görə də Əbülfəz Elçibəydən xahiş etdi ki, Əli Kərimliyə gənc kimi “yaşıl işıq” yandırmaq lazımdır. Nəticədə Əli Kərimli əvvəlcə AXC Ali Məclisinin sədr müavini, sonradan isə Prezident Administrasiyasında şöbə müdiri və dövlət katibi oldu. Əli Kərimliyə vəzifə verilən kimi başına topladığı "yurdçu"lara əmr verdi ki, bütün vəzifələri biz ələ keçirməliyik. Xalq Cəbhəsinin bir illik hakimiyyətindən digərlərindən fərqli olaraq, təkcə Əli Kərimliyə ev payı düşdü, özü də yüksəkçinli zabitlərlə bir binada. Parta arxasından Prezident Aparatında ən yüksək vəzifəyə gələn Əli Kərimli öz ailəsini də yadından çıxarmamışdı.

Onun xanımı da Prezident Aparatında şöbə müdiri idi. Maraqlıdır ki, cəbhə hakimiyyətdən getsə də, xanım cəbhəçi uzun illər vəzifəsində qalıb işini davam etdirirdi. Soruşan yoxdur ki, əcəba, hamıya vəzifənizi dondurun deyən Əli Kərimli nə əcəb xanımına bunu məsləhət bilməyib?

Əslində, Elçibəy hakimiyyətinə bir çox problemləri Əli Kərimli və  onun dəstəsi yaratdı. Əli Kərimli bütün xisləti ilə Azərbaycan Xalq Cəbhəsinin başına keçmək istəyirdi və bunun üçün hər şeyə hazır idi. Əli Kərimli Surət Hüseynovun qorxusundan qaçıb gizlənəndə AXC-ni qoruyub saxlayan şəxsləri bir müddət sonra Əli Kərimli yüz yolla təşkilatdan uzaqlaşdırdı. Əslində,ona bu işdə hazırda Amerikada yaşayan keçmiş spiker Rəsul Quliyev bütün yardımları edirdi.

Bəli, Rəsul Quliyev AXCP-nin rəhbərliyində olan şəxslərə konkret olaraq demişdi ki, əgər Əli Kərimli qurumda Elçibəydən sonra ikinci şəxs olmasa, bu təşkilat dağılacaq. Elə də oldu. Bir çox nüfuzlu şəxslər AXCP-dən uzaqlaşdırılandan sonra Əli Kərimli təşkilatda ikinci şəxs, Bakıda isə birinci şəxs oldu. Çünki Elçibəy Kələkidə idi. Beləliklə, Əli Kərimli və onun "şayka”sı arzularına çatdılar. Artıq təşkilatda demək olar ki, Əli Kərimlinin dəstəsindən olmayan hər kəs dışlanırdı. Əli Kərimli yalançı vədlərlə adamları öz ətrafında toplamağa çalışırdı. AXCP sədrinin birinci müavini həmin illərdə xarici ölkələri su yoluna döndərmişdi. Xaricdən axıb gələn pullar hesabına keçmiş “Yurd”çu əlində bir neçə qəzet saxlayır, özünü təbliğ edir, Bakıda bir neçə ticarət obyektinə gizli sahiblik edirdi. Artıq Əli Kərimli öz dəstəsi ilə Milli Məclisdə də təmsil olunurdu. Soros Fondunun pulları Əli Kərimlidə ağıllı-başlı eyforiya, başgicəllənməsi yaratmışdı. Hətta qonşu ölkələrdən neftin iyinə gələnlər də Əli Kərimliyə "görüm-baxım" edirdilər.

Əli Kərimlinin tələbə yoldaşı, hazırda Milli Məclisin üzvü, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev dəfələrlə öz açıqlamalarında qeyd edib ki, bir neçə dəfə çətinlik olan kimi Əli Kərimli təşkilatdan getməklə bağlı ərizə yazıb, ancaq biz həmin ərizəni cırıb atmışıq. Yəni, bu şəxs bir balaca təhlükə hiss edən kimi aradan çıxmağa hazırdır. Hətta Qüdrət Həsənquliyev onu da qeyd edir ki, Əli Kərimli bir neçə dəfə gizli şəkildə hakimiyyətdən xahiş edib ki, məni hansısa ölkəyə səfir göndərin. Bütün bunlar onu göstərir ki, öz yaxınlarına "vəzifənizi dondurun" əmrini verən Əli Kərimov özünə  karyera  qurmaq üçün hər cür oyunlara gedib. Bütün bu səbəblərdəndir ki, Əli Kərimli öz yaxın ətrafında olan insanlardan bir nəfərini də olsun qoruyub saxlaya bilmədi. Hanı, Əli Kərimlinin ən yaxın silahdaşı olan Fazil Mustafa? Hanı, "müəllim, müəllim" dediyi Qulamhüseyn Əlibəyli? Hanı, AXCP-ni quranlardan biri, hətta Əli Kərimliylə qohumluq əlaqələri olan Əliməmməd Nuriyev? Hanı, Mais Səfərli? Hanı, illər uzunu ona sponsorluq edən Asim Mollazadə? Hanı, Əli Məsimli..? Hanı, Fuad Mustafayev? Hanı, "Əlini döymək istəyənlər mənim meyidimin üstündən adlaya bilərlər" deyən Arif Paşa..? Hanı, Surətin uşaqları səni döymək istəyəndə sinəsini qabağa verən Qüdrət Həsənquliyev..?  Bu qədər insanın hamısı pis ola bilməz axı? Deməli, yerində olmayan, karyera və pul üçün hamını qurban verməyə hazır olan Kərimlidir...

Axı, Əli Kərimli hər şeyə razılaşmışdı və hər şey plan üzrə gedirdi. Bəs, necə oldu ki, birdən-birə onu "öz liderinə xəyanət eləmiş adam" adlandırdılar? Nə baş verdi? "Qrant" söhbətini də ilk dəfə Azərbaycana onun "dəstəsi" gətirdi. Və beləliklə müxalifəti "dilənçiliyə", "əl quzusu" olmağa alışdırdı. Bir-iki deputat yeri üçün o hər şeydən keçməyə hazır olub. Müxalifətin böyük birliklərini dağıtmaq üçün bütün oyunlardan çıxıb. "Qələbə" meydanında bütün partiya sədrlərinin mövqeyinə baxmayaraq, "meydandan çıxmayacağıq, hamı oturaq mitinqə keçsin" deyəndə bu tapşırığı hansı mərkəzdən almışdı görəsən? Və həmin "oturmağın" ağır nəticəsinin məsuliyyətini bu gün də Kərimli daşıyır. Bəlkə, üstündən illər keçəndən sonra Yunanıstanın Azərbaycandakı səfiri Merkurios Karafotiasla əlaqələlərinə bir aydınlıq gətirsin? Həmin səfir harada oldu Əli Kərimlini niyə hər vəchlə müdafiə edirdi?...

Ərtoğrul Hüseyn





Həftənin ən çox oxunanları