“Qurultayda səsvermənin gizli keçirilməsi demokratiyanın göstəricisi və qarşılıqlı inamın tərkib hissəsidir. Bunun da çox böyük əhəmiyyəti var. İnsanların ifadə azadlığında gizli səsvermənin önəmi böyükdür”. Cebhe.info xəbər verir ki, bunu AXCP-nin Etimad Qurultayında sədr seçkisinin gizli səsvermə ilə aparılmasına münasibət bildirən “Aydınlar” Partiyasının sədr müavini Qorxmaz İbrahimli bildirib. Onun sözlərinə görə, həmçinin Nizamnaməyə bir şəxsin 2 dəfədən artıq sədr seçilməməsinin salınması da müsbət yanaşmadır: “Partiya rəhbərliyi belə qərara gəlibsə, mən buna hörmətlə yanaşıram”. Partiya rəsmisi AXCP-nin idarəçiliyindəki fərqi də müqayisə edib: “Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də özüm də təmsil olunmuşam. Bizim hər birimiz oradan demokratiyanın olmamasına görə çıxmışıq, partiyanı tərk etmişik. Oranı tərk edən çoxsaylı tanınmış simalar var. Onlar AXCP-nin rəhbərliyində təmsil olunublar. Həmin insanlar partiyadaxili demokratiyanın olmaması, partiyada demokratiyanın boğulmasından şikayətçi olublar. Bu faktorlara görə oradan ayrılıb müxtəlif partiyalar yaradıblar, müxtəlif təşkilatların üzvü olublar və ya bu gün siyasətlə məşğul olmurlar. Yəni Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də demokratiya olsaydı yəqin ki, bu hadisələr baş verməzdi. Razi bəyin rəhbərlik etdiyi partiyaya isə uğurlar arzulayıram və başarılar diləyirəm. Görünən odur ki, onlar partiyanın demokratik yolla inkişafı üçün çalışacaqlar. Onların demokratiyaya sadiq olacaqlarına inanıram”. Cavad
- Ana səhifə
- Siyasət
- Qorxmaz İbrahimli: “AXCP-nin demokratiyaya sadiq olacağına inanıram"
Qorxmaz İbrahimli: “AXCP-nin demokratiyaya sadiq olacağına inanıram"
Bu bölmədən digər xəbərlər
- Paşinyan üçün "Qordi düyünü”: Asi generalları necə uzaqlaşdıracaq? Tarix 27 Fevral, 17:19
- Paşinyan "dalana dirənir": "Varis planı” gündəmə gəlir? Tarix 25 Fevral, 17:17
- Azərbaycanlıların üzünə 32 il bağlı qalan post: Bu seçki nəyi dəyişəcək? Tarix 23 Fevral, 17:15
- Azərbaycanı geriyə çəkən məmurlar: Ölkə bu vəziyyətdən necə çıxacaq? Tarix 18 Fevral, 17:12
- Putin ordunu generallardan "təmizləyir”: Varis planına hazırlıq, yoxsa? Tarix 18 Fevral, 17:11
- Supergüclərin Qafqaz savaşı: Bir planın üç məqsədi və ya qarşıdurma Azərbaycana nə vəd edir? Tarix 16 Fevral, 16:50
- İran yenə qarışacaq: Ölkəni naməlum gələcək gözləyir Tarix 11 Fevral, 16:48
- Güney Azərbaycan dünyanın diqqət mərkəzinə gəlir: "Bu, İranın yaralı yeridir, istənilən vaxt...” Tarix 9 Fevral, 16:36
- Rusiyaya qarşı demarş: Növbədə Putinin sevimlisi "Vaqner” var? Tarix 6 Fevral, 16:35
- İran açıq hədəfə çıxır: "Hərbi əməliyyatlar qaçılmaz olacaq” Tarix 4 Fevral, 16:33
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi