Yuxarı

AXCP üzvündən Arif Hacılıya sərt sözlər

AXCP üzvündən Arif Hacılıya sərt sözlər

Eleddin kesemenli

Müsavat Partiyasının sədri Arif Hacılının Facebook səhifəsində yazdığı “Müsavat Partiyası AXCP-nin sədri kimi Əli Kərimlini tanıyır” sözləri birmənalı qarşılanmayıb. AXCP üzvü Ələddin Qarayevdən Müsavat başqanının bu sözlərinə sərt reaksiya gəlib.

Cebhe.info xəbər verir ki, Ələddin Qarayev Arif Hacılı barədə “Onun özünü heç tanıyan var? O, İsa Qəmbərin “Putin-Medvedyev” variantıdır. Müsavat Partiyasının rəhbərliyini zəbt etmiş “bandanın” təmizlənməsi gündəmdədir. Saxta seçki yolu ilə başqan təyin olunmuş Arif Hacılının sözünü ciddiyə almaq onu tanımaq deməkdir.

İsa Qəmbərin oğlu siyasi sığınacaq alaraq Kanada-Monreala gedirsə, Arif Hacılının qızı ABŞ-da mühacir həyatı yaşayırsa, İkram İsrafilin oğlu fırıldaq yolu ilə Londonda kef edirsə ( hələ Müsavat Divanı bu uşağa görə saxta bəyanat da vermişdi ) Müsavat Gənclər Təşkilatının iflic vəziyyətdə olması tam anlaşılandır və gənclərin Müsavatdan üz döndərməsi təbii haldır”,- deyə vurğulayıb.

Cebhe.info





Həftənin ən çox oxunanları