Yuxarı

Tural Abbaslı: "Bu, Arif Hacılının şəxsi mövqeyidir"

Tural Abbaslı:

[caption id="attachment_731" align="alignleft" width="399"]tural abbasli Tural Abbaslı: "Bu, Arif Hacılının şəxsi mövqeyidir"[/caption]

Müsavat başqanı Arif Hacılının AXCP kimi Razi Nurullayevin rəhbərlik etdiyi partiyanı deyil, Əli Kərimlinin təşkilatını tanıması barədə açıqlaması siyasi tələskənlik kimi qiymətləndirilib. Bu barədə Cebhe.info-ya mövqeyini açıqlayan “AĞ Blok” Hərəkatının təsisçilərindən biri, Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı bildirib ki, bu, Arif Hacılının şəxsi mövqeyidir:

“Əslində, Arif Hacılıdan fərqli münasibət gözləmək də olmazdı. Bu məsələ, belə ənənə müasir siyasi həyatımızda bir çoxlarına yaxşı tanışdır. 2000-ci ildə AXCP lideri Əbülfəz Elçibəyin vəfatından sonra Müsavat Partiyası AXCP kimi Mirmahmud Mirəlioğlunun sədri olduğu siyasi təşkilatı tanıdı. Bəzi partiyalar isə Əli Kərimlini tanımışdı. Amma 2005-ci ildə Müsavat Partiyası Əli Kərimlinin rəhbərlik etdiyi AXCP ilə “Azadlıq”  blokunda təmsil olundu. Yəni belə proseslərdə dəyişilmələr olur. Fikrimcə, bu cür hallarda hansı partiyanın kimi dəstəkləməsi önəmli deyil. Burada hüquqi və mənəvi baxımdan olmaqla iki amil önəmli rol oynayacaq. Hüquqi baxımdan Əli Kərimli də qurultay keçirib sənədləri Ədliyyə Nazirliyinə göndərib,  eyni zamanda Razi Nurullayev da qurultay  keçirib, AXCP sədri seçilib və qurultayın sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib. Yəni hüquqi baxımdan hansı tərəfin AXCP kimi tanınmasını Ədliyyə Nazirliyi müəyyən edəcək. Mənəvi tərəfdən isə “Əsl AXCP kimdir” sualının cavabını cəbhəçilər, AXCP irsinin daşıyıcıları müəyyənləşdirəcək.

Əsil mübariz cəbhəçilər kimin yanında olacaqsa, kiminlə yoluna davam edəcəksə, cəmiyyətə hansı mesajları verəcəksə, yəqin ki, onların siyasi mövqeyi bu məsələdə həlledici rol oynayacaq”. Ona görə də Tural Abbaslı hesab edir ki, siyasətçilər AXCP-nin tanınması ilə bağlı vaxtsız bəyanatlar verməyə tələsməməli, siyasi proseslərin gedişini nəzərə almalıdır.

Müşfiq





Həftənin ən çox oxunanları