Yuxarı

Gənclər Müsavata son mitinqi haqqında: "Uçuruma yuvarlanırlar”

Gənclər Müsavata son mitinqi haqqında:

musavat“Müsavat Partiyasının yüksəliş dövrünün kuliminasiya nöqtəsi 2003-cü illə bağlıdır. Bunu hər kəs etiraf edir. İsa Qəmbərin prezidentliyə namizəd olduğu vaxtda “Qələbə” meydanında keçirilmiş yüz minlik mitinq və 2015-ci ildə deputatlığa namizəd İsa Qəmbərin təbliğat-təşviqatla bağlı keçirdiyi 50-60 nəfərlik mitinq. Arada fərq çox böyükdür.

100 minlərlə insanı 2003 –cü ildə meydanlara çıxaran Müsavat Partiyası indi isə heç 100 nəfər çıxara bilmir. Bu isə o deməkdir ki, siyasət artan xətlə getmək əvəzinə İsa Qəmbər və Arif Hacılı birliyi enən xətlə gedir və uçuruma yuvarlanırlar. Biabırçı şəkildə insanları mitinqə topladılar və buna baxmayaraq hələ mitinqdən fotolar çəkib xəbər portallarında yayımladılar. Adətən bu cür mitinqlərdə fotolar insanların çox olduğu yerlərdən çəkilir ki, daha yaxşı görünsün, ancaq insanlar olmadığından boş meydançaları çəkib saytlarda yayımlamalı oldular. Özləri özlərini biabır etdilər. Çünki Arif Hacılının mənasız, boş-boş danışıqları, haqlı insanlara qarşı qeyri-sağlam münasibəti, perspektivli gənclərin partiyadan sıxışdırıb çıxarılmaları, həmçinin də digər partiyaların uğurlarını qısqanması gətirib onu uçurumun kənarına çıxartdı. Arif Hacılını, İsgəndər Həmidovu demirəm, onlar onsuz da uçurumun kənarında olan siyasətçilərdir, ancaq İsa Qənbərin o mitinqə olması və çıxış etməsindən keçmiş müsavatçı kimi şəxsən mən xəcalət çəkdim. 50-100 nəfər yığdılar, özlərini biabır etdilər”.

Bunu Cebhe.info-ya açıqlamasında Müsavat Partiyasının keçirdiyi mitinqə münasibət bildirən “Ağ blok” un İdarə Heyətinin üzvü Cavid Məmmədzadə deyib. Cavid Məmmədzadə qeyd edib ki, Arif Hacılı və ətrafında olan 5-6 nəfər ancaq boş diskusiyalarla məşğuldurlar: “Onlar Ədliyyə Nazirliyi qərar vermədən qərar verməklə məşğuldurlar. Bunların işləri-gücləri ancaq haqlı insaları partiyadan sıxışdırıb çıxarmaqdır. Kimlərəsə xidmət edir və şifariş yerinə yetirirlər.  Mən İsa Qəmbər və Arif Hacılı birliyini Putin və Medvediyev birliyinə bənzədirəm. İsa Qəmbər siyasətdən Lalə Şövkət, Etibar Məmmədov kimi getmədi. O, fərqli getdi. İsa Qəmbər başqanlıqdan getdi, ancaq kənarda dayanıb Müsavat Partiyasını, Arif Hacılını idarə edir. Arif Hacılının fəxri başqanıdır. Onların siyasətdən getmək vaxtı çoxdan yetişib. Onların vaxtı artıq 2005-ci ildə bitmişdi. Sadəcə olaraq gənclər hələ ki, səsini çıxarmır. Bunun əsas səbəbi isə odur ki, artıq Müsavat Partiyasında gənc yoxdur. Müsavatda olan gənclər Tural Abbaslının ətrafında birləşib ayrıca bir qurum yaradıblar. Müsavatda bu cür siyasətə “yox” demək üçün gənc qalmayıb. Partiyada qalan zonbiləşmiş insanlardır və onlar Arif Hacılının göstərişlərinə əməl edirlər. Ümumiyyətlə, Arif Hacılının, İsa Qəmbərin, Əli Kərimlinin siyasi arenadan getmək vaxtı çoxdan yetişib. Çünki bütün seçkilərdə uğursuzluğa düçar olan, uzun illər heç bir nəticə qazanmayan hər bir siyasətçi, hər bir lider artıq siyasətdən getməlidir.

Müsavatın mitinqi və ümumiyyətlə müxalifətin fəaliyyətini dəyərləndirən AXCP funksioneri Cavid Musazadə isə Cebhe.info-ya açıqlamasında bildirib ki, ötən əsrin 90-cı illərindən meydanda olan siyasətçilər artıq iflas edib: “Onlar tənəzzülə uğrayıblar. Kreslo sevdası, diktatura təfəkkürü, şəhənşahlıq eşqi onları bitirdi. Xətir-hörmətlə, üzüsulu geri çəkilməlidirlər. Özlərindən sonra gənc liderlər yetişdirməlidirlər, ancaq  böyüklük bacarmadılar və siyasi tənəzzülə uğradılar. İsa Qəmbər öz seçki kampaniyası üçün 5-10 adamı belə ətrafına yığa bilmir. Buna görə partiyadan istifadə etməyə cəhd edib. Partiya üzvlərini cəlb etmək üçün ən son varianata əl atıb mitinqin şüarını “Siyasi məhbuslara azadlıq” seçib, duyğu sümürüsü ilə insanları toplamağa çalışıblar.  Bu cür siyasət bitmiş liderin ən axırıncı yoludur. Cəmiyyətdə siyasətdən dışlanmışlar hələ də siyasətdən əl çəkmirlər. Müsavatda olan, sağlam düşünə bilən insanlar da başa düşməlidirlər ki, adlara və köhnə siyasilərə bağlanıb proseslərdən kənarlaşmamalıdırlar. Yeni gənc liderlər, yeni siyasi xətt formalaşdırıb yeni güc yaratmaq vaxtı çatıb. Xalqın siyasi dələduzlardan, uğursuzlardan qurtulmaq istəyi artıq son həddə çatıb. Birləşək, birlikdə yeni, sağlam qüvvəni formalaşdıraq. Bu cür uğursuz siyasət və siyasətçiləri arxivə göndərib, yeni sivil, mədəni, hüquqi mübarizə aparan əsl siyasi güc formalaşdıraq. İctimayi rəyin tələblərinə cavab verək. Xalqın fikrini əksik bilib saymayanların, yuxarıdan aşağı baxanların aqibətini məhz Müsavatın mitinqində və bundan öncə Milli Şuranın son mitinqində gördük və hər kəs də bunun şahidi oldu. Gəlin xalqın tələbi ilə yeniliyi yaradaq, yeni simalarla yenilənmiş təşkilatın ətrafında birləşək və sağlam mübarizəni gerçəkləşdirək”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları