Yuxarı

AXCP qurultay sənədlərini Ədliyyə Nazirliyinə təqdim edəcək

AXCP qurultay sənədlərini Ədliyyə Nazirliyinə təqdim edəcək

axcp (1)AXCP EQTK-nın 18 oktyabrda keçirdiyi möhtəşəm qurultaydan sonra növbəti mərhələ qurultayla bağlı sənədlərin Ədliyyə Nazirliyinə təqdim olunmasıdır. Təşkilat Komitəsinin qısa müddət ərzində bu cür möhtəşəm qurultay keçirməsi ölkənin siyasi arenasında yeni bir hadisə olub.

Qurultayda baş verən hadisələr, gizli səsvermə ilə sədr seçilməsi, AXCP Nizamnaməsinə 2 vacib dəyişiklik, möhtəşəm izdiham və səmimi coşquya uzun illərdir ki, heç bir partiyanın qurultayında rast gəlinmirdi.

Tədbirdən sonrakı növbəti mərhələ- Etimad Qurultayının sənədlərinin hazırlanması və Ədliyyə Nazirliyinə təqdim olnması barədə Cebhe.info-ya danışan AXCP funksioneri, hüquqşünas Mehman Muradlının sözlərinə görə, sənədlərin hazırlanma prosesi başa çatıb: “Sənədlər hazırlanıb, son olaraq baxılıb və yaxın günlərdə Ədliyyə Nazirliyinə təqdim olunacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları