Yuxarı

Ramin Hacılı yoxa çıxdı, sonra tapıldı

Ramin Hacılı yoxa çıxdı, sonra tapıldı

Ramin HaciliOktyabrın 25-də axşam saatlarında Azərbaycan Avropa Hərəkatının pəhbəri, Milli Məclisə seçkilər üzrə 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Ramin Hacılı yoxa çıxıb. Bu barədə Hacılının həyat yoldaşı Aysel Əlizadə "Amerikanın Səsi"nə bildirib. O Hacılının harada və hansı şəraitdə yoxa çıxması barədə məlumata malik deyil.

“Polisə məlumat vermişik, axtarırlar”, - deyə Əlizadə qeyd edib. Ramin Hacılının həyat yoldaşı Aysel Əlizadə isə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəddir. Ramin Hacılı həm də Əlizadənin səlahiyyətli nümayəndəsidir. “Dünən 8 saylı Binəqədi birinci seçki dairəsindən mənə zəng etdilər ki, Ramin ora sənəd təqdim etməlidir. Ramin mənim səlahiyyətli numayəndəmdir. Mən onun telefonlarına zəng etdim, telefonları bağlı idi. Heç vaxt telefonlarını söndürümür. Narahat oldum. Bir necə saat keçdi, yenə telefonları bağlı idi. Bundan sonra vəkillərimlə Raminin seçki qərargahına getdim. Orada da yox idi. Dostlarını aradıq, onların da məlumatı yox idi. Nəhayət, Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzinə” xəbər verdik”, -deyə Əlizadə bildirib. Ramin Hacılı oktyabrın 25-də saat 18 radələrində Facebook səhifəsində Azərbaycan prezidentinə müraciətini yayıb. O bildirir ki, ölkədə korrupsiya və rüşvətin qarşısının alınması üçün gənclərin potensialından istifadə edilməlidir. Hacılı həmçinin deputatlığa namizəd olduğu seçki dairəsində yerli hakimiyyət qurumlarının potensialından Yeni Azərbaycan Partiyasının namizədinin xeyrinə istifadə olunduğunu deyir və prezidentdən bunların qarşısının alınması üçün kömək istəyir. Ramin Hacılının yoxa çıxması müraciətinin yayılmasından bir neçə saat sonraya təsadüf edir. Hüquq-mühafizə orqanlarından Ramin Hacılının yoxa çıxması ilə bağlı məlumat almaq mümkün olmayıb.

Ümid Partiyasının sədr müavini, deputatlığa namizəd Ramin Hacılı həyat yoldaşı Aysel Əlizadə ilə telefon əlaqəsi saxlayıb. Bu barədə Cəbhə.info-ya Aysel Əlizadə özü məlumat verib.

Onun sözlərinə görə, həyat yoldaşı ölkədə olmadığını deyib: “Ramin hansı ölkədə olması barədə məlumat vermədi. Dedi ki, işlərim və bəzi problemlərim var. Bununla bağlı təcili getməli oldum. Narahat olmayın, axtarmayın, əlaqə saxlayacağam. Deputatlığa namizədliyini geri götürməyib”.  Qeyd edək ki, Ramin Hacılının yoxa çıxması ilə bağlı yazıçı-jurnalist Aysel Əlizadə özü məlumat vermişdi. O bildirib ki, həyat yoldaşı ilə oktyabrın 25-dən əlaqə saxlaya bilmir və bu səbəbdən də polisə məlumat verib.





Həftənin ən çox oxunanları