Yuxarı

“Bunlar islahat deyil, qruplaşmaların qarşıdurmasıdır”

“Bunlar islahat deyil, qruplaşmaların qarşıdurmasıdır”

sebuhi aliyev aslanzade“Prezidentin verdiyi qərarlar kağız üzərində qalmasa, bu, müsbət bir haldır. Sahibkarlığın inkişafı, vergidə olan qanunsuz yoxlamaların aradan qaldırılması, gömrük rüsumlarına edilən dəyişikliklə bağlı verilən qərarlar icra olunarsa, vətəndaşların rifahı, sosial-iqtisadi vəziyyətinin yaxşılaşması üçün müəyyən rol oynayacaq.

Ancaq narahatlıqverici məqam ondan ibarətdir ki, biz bu cür fərmanların çox şahidi olmuşuq. Əksər hallarda bu fərmanlar icra olunmayıb. Prezidentin verdiyi qərarlar bir çox hallarda yerli icra orqanları tərəfindən icra olunmur, verilən qərarlar sadəcə, kağız üzərində qalır”. Bunu Cebhe.info-ya açıqlamasında AXCP funksioneri, politoloq Səbuhi Aslanbəyli deyib.

Azərbaycan hakimiyyətinin apardığı siyasətə münasibət bildirən politoloq qeyd edib ki, ölkədə bir çox hallarda bu hakimiyyətin apardığı siyasətdə gözlənilməz gedişlər olur: “Hər bir kəs Nəqliyyat Nazirliyində islahatlar olacağını gözlədiyi bir vaxtda Milli Təhlükəsizlik Nazirliyindəki hadisələr baş verdi. Buna dayanaraq demək olar ki, hansı dövlət orqanında islahatın olacağını əvvəlcədən söyləmək mümkün deyil. Artıq islahatlar başlayıb və düşünürəm ki, bu cür hadisələr davam edəcək. Ancaq bunlar islahat xarakterli deyil. Mən bunu qruplaşmaların qarşıdurması kimi qiymətləndirirəm. Çünki Azərbaycan hakimiyyətində bir neçə qruplaşma var ki, onların qarşılıqlı mübarizəsi gedir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları