Yuxarı

AXCP şöbə sədri: “Mübarizəmi əsl AXCP-də aparacağam”

AXCP şöbə sədri: “Mübarizəmi əsl AXCP-də aparacağam”

Ceyhun Hesenov

“Mən 2010-cu ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olmuşam. Partiyada fəaliyyət göstərdiyim bir neçə il ərzində fəaliyyətimdə heç bir irəliləyiş olmadı. Buna səbəb isə Əli Kərimlinin və onun yaxın ətrafının gənclərə, fəallara olan qısqanc münasibəti idi”.

Bu sözləri Cebhe.info-ya AXCP Şuşa şöbəsinin sədri Ceyhun Həsənov deyib. O, partiyanın və gənc üzvlərin fəaliyyətinin günü-gündən zəiflədiyi, Əli Kərimlidən uzaqlaşdığının şahidi olduğunu bildirib: “Anlayırdım ki, bu partiyanın sonu yoxdur, belə idarəçiliklə heç bir uğur əldə etmək olmaz.

Və partiyadan uzaqlaşdım. Daha sonra Razi Nurullayevin Əbülfəz Elçibəyin AXCP-sini geri qaytarmaq uğrunda mübarizəyə başladığını eşitdim.

Və 18 oktyabrda keçirilən AXCP Etimad Qurultayında iştirak etdim. Həmin gün şahid olduqlarım məni inandırdı ki, bu yol haqq yoludur, bu yolda mübarizə aparmaq lazımdır. Qərar verdim ki, mübarizəmi əsl AXCP-də aparacağam. Mən Razi Nurullayevin yürütdüyü siyasətdə yeni, sağlam fikirlər görürəm və bu siyasəti sonunadək dəstəkləyəcəyəm. Hazırda AXCP Şuşa şöbəsinin sədri olaraq mubarizəmi davam etdirirəm”.





Həftənin ən çox oxunanları