Yuxarı

“Azadlıq 2015” bloku da seçkidən çəkilir

“Azadlıq 2015” bloku da seçkidən çəkilir

kxcp“KXCP-nin builki parlament seçkisini boykot etmək və namizədlərinin geri çağırılması ilə bağlı məsələ gündəmdədir”. Bunu Cəbhə.info-ya açıqlamasında “Azadlıq 2015” seçki blokunda təmsil olunan KXCP-nın sədr müavini Xəzər Teyyublu deyib. Qeyd edək ki, Müsavat Partiyası noyabrın 1-də Milli Məclisə keçiriləcək parlament seçkisində iştirakını dayandırıb.

Xəzər Teyyublu bu il keçirilən parlament seçkisində ən çox siyasi təzyiqlərə məruz qalan partiyanın KXCP olduğunu bildirib: “KXCP-nın da təmsil olunduğu “Azadlıq 2015” seçki blokuna da təzyiqlər olundu, bir çoxunun namizədliyi qeydə alınmadı. Hazırda namizədliyi qeydiyyata alınmayan partiya nümayəndələrinin müraciət etdiyi məhkəmə prosesləri Ali Məhkəməyə qədər uzanıb. Qanun pozuntusu kütləvi xarakter aldı. KXCP-nin bu seçkini boykot etmək və namizədlərimizin geri çağırılması ilə bağlı məsələ gündəmdədir. Hələ yekun qərar yoxdur. Amma belə müzakirələr davam edir. Müzakirə davam etdiyi üçün qəti fikir bildirmək olmur. Detallar müəyyən olunandan sonra dəqiq qərar veriləcək”. Xəzər Teyyublu KXCP-dən 39 nəfərin namizədliyini irəli sürdüyünü və 12 nəfərin namizədliyinin qeydiyyata alındığını da diqqətə çatdırıb.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları