Yuxarı

Müsavat seçkini boykot etdi

Müsavat seçkini boykot etdi

Musavat12Müsavat Partiyası bu gün parlament seçkilərində iştirak etməkdən çəkilməyə qərar verib. Partiya parlament seçkilərində iştirakdan son anda imtina edib. Cebhe.info xəbər verir ki, bu barədə Müsavat Partiyası rəhbərliyi keçirdiyi mətbuat konfransında məlumat verib. Partiya sədri Arif Hacılı qeyd edib ki, Müsavat seçkinin müxtəlif mərhələlərində iştirakı, həmçinin boykotu  müzakirə edəcəyini bildirmişdi. O, seçkiqabağı və təbliğat prosesində baş verən qanun pozuntularından danışıb və qeyd edib ki, hakimiyyət seçki prosesini artıq cari məsələ kimi həyata keçirir. A.Hacılının sözlərinə görə, Partiya Divanının oktyabrın 28-də keçirdiyi iclas zamanı bu qərara gəlinib və seçkiyə qatılan 25 partiya üzvünün də bu qərara hörmət edəcəyinə ümid edir.





Həftənin ən çox oxunanları