Yuxarı

Sərdar Cəlaloğlu: “Günah Rusiyada yox, bizim deputatlarda, yüksək vəzifə tutanlardadır”

Sərdar Cəlaloğlu: “Günah Rusiyada yox, bizim deputatlarda, yüksək vəzifə tutanlardadır”

[caption id="attachment_624" align="alignleft" width="299"]Serdar Celaloglu Sərdar Cəlaloğlu: “Günah Rusiyada yox, bizim deputatlarda, yüksək vəzifə tutanlardadır”[/caption]

“Rusiyalı məmurların, siyasi ekspertlərin, deputatların Azərbaycanın yerinə Qərbə cavab vermələrinə imkanını siyasi hakimiyyət yaradıb”. Cebhe.info-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. Azərbaycanda çox ağır sosial-iqtisadi böhran başladığını deyən S. Cəlaloğlunun sözlərinə görə, Azərbaycan hakimiyyəti Qərbin heç bir təklifini yerinə yetirmir:

“Ona görə də hakimiyyət özünü qurtarmaq üçün Rusiyaya meyl edir. Təbii ki, bunun da müqabilində Rusiya artıq keçmiş imperiya kimi onun tabeliyinə düşməyə hazırlaşan Azərbaycanla bağlı bu cür mövqe nümayiş etdirir. Bunun günahı Rusiyada yox, bizim deputatlarda, bizim Xarici İşlər Nazirliyinin əməkdaşlarında, hökumətdə yuxarı postlarda duran adamlardadır ki, Azərbaycanın Avrasiya İttifaqına qoşula biləcəyini deyirlər. Bütün bunların hamısı ruslarda yeni bir iştah- Azərbaycanı yenidən öz köləsi etmək iştahı yaradıb. Bu da rusiyalı məmurların bu tip çıxışlarına səbəb olur. Bu, Azərbaycan rəhbərliyinin günahıdır ki, qəti şəkildə Rusiyaya öz münasibətini ifadə etmədi. Bu həmin Rusiyadır ki, Azərbaycan xalqına qarşı misli görünməmiş cinayətlər törədib. Bu cinayətlərin kompensasiyası alınmamışdan Rusiyaya yaxınlaşmaq vətənə xəyanətdən başqa bir şey deyil”.

Xatırladaq ki, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Stanislav Pritçin, Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski və digər siyasi ekspertlər Qərbin Azərbaycanda keçiriləcək parlament seçkilərini tənqid etmək üçün heç bir əsasının olmadığını, ölkəmizdə siyasi çevriliş edə bilməyəcəklərini deyiblər.

Mənsur





Həftənin ən çox oxunanları