Yuxarı

Xarici müşahidəçilər seçki sistemi ilə tanış olublar

Xarici müşahidəçilər seçki sistemi ilə tanış olublar

mskParlament seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Avstraliya Parlamentinin nümayəndə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb. Bu barədə Cebhe.info-ya MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

M.Pənahov MSK-nın nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrindən söhbət açıb və beynəlxalq təcrübənin öyrənilməsinin seçki praktikasının daha da təkmilləşdirilməsində və hazırkı inkişaf səviyyəsinə çatmasında əhəmiyyətli rol oynadığını qeyd edib. Nümayəndə heyətinin rəhbəri Luke Simpkins və Avstraliya Parlamentinin üzvləri Azərbaycan Respublikasının seçki sistemi, seçki qanunvericiliyi və bu il ölkəmizdə keçiriləcək seçkilərlə bağlı görülmüş işlərlə maraqlanıblar. Qonaqların suallarını cavablandıran MSK sədri Məzahir Pənahov həyata keçirilmiş layihələr barədə ətraflı məlumat verib. Sonra parlamentarilər Milli Məclisə seçkilərlə bağlı MSK-nın fəaliyyəti və müxtəlif layihələrlə bağlı son hazırlıq işləri ilə yaxından tanış olublar. Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Cavad





Həftənin ən çox oxunanları