Yuxarı

AXCP-dən mövqe: “Əhalinin seçkiyə marağı qalmayıb”

AXCP-dən mövqe: “Əhalinin seçkiyə marağı qalmayıb”

Eltural Murselzade“Beyləqan rayonunda 2 seçki dairəsi fəaliyyət göstərir -80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan seçki dairələri. Beyləqan əhalisinin çox hissəsi 80 saylı, az bir hissəsi isə 81 saylı dairədə səs verir. Əsas problemlərdən biri budur ki, Dünyamalılar kəndi İmişli-Beyləqan seçki dairəsində səs verir, ancaq Beyləqandan olan millət vəkili bu rayonla maraqlanmır. Bildirirlər ki, bu dairədən seçilən namizəd İmişli ərazisinə baxır. Beyləqanlılar üçün bu vacib problemlərdən biridir”.

Bunu Cebhe.info-ya  AXCP-nin Beyləqan rayon şöbəsinin sədri Eltural Mürsəlzadə bildirib. Şöbə sədrinin sözlərinə görə, Beyləqan əhalisinin 80 və 81 saylı seçki dairələrindən 1 noyabrda keçiriləcək parlament seçkilərində səs verəcəyi namizədi yoxdur: “Namizədlərin heç birini Beyləqan camaatı tanımır. Ümumiyyətlə demək olar ki, artıq əhalinin seçkiyə marağı qalmayıb. Bunun da başlıca səbəbi odur ki, namizədlərdən hər hansı biri seçildikdən sonra seçicilərlə görüşlər keçirmir, problemlərlə maraqlanmır. Beyləqan əhalisi seçdiyi millət vəkilinin üzünü görmək üçün gələn seçkilərə qədər 5 il gözləməlidir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları