Yuxarı

Azərbaycan yolayrıcında: Avropa, yoxsa Rusiya?

Azərbaycan yolayrıcında: Avropa, yoxsa Rusiya?

[caption id="attachment_620" align="alignleft" width="334"]Arastun Orujlu Ərəstun Oruclu: “Rusiya Azərbaycanı Avrasiya İttifaqına cəlb etməyə çalışır”[/caption] [caption id="attachment_518" align="alignright" width="342"]sebuhi aliyev aslanzade Səbuhi Aslanbəyli: “Hansı təşkilatda bizim maraqlarımız təmin olunacaqsa...”[/caption]

Oktyabrın 15-də Astanada MDB dövlət başçılarının zirvə görüşündə sammitə qatılan ölkələrin 2020-ci ilədək hərbi əməkdaşlığı konsepsiyası layihəsinin, vahid valyutaya keçilməsi və digər 22 sahə üzrə koordinasiya olunmuş əməkdaşlıq məsələlərini müzakirəyə çıxarılması, Azərbaycanı Rusiya ilə siyasi-iqtisadi, hərbi təhlükəsizlik və digər müstəvidə daha da yaxınlaşdırıb.

Sözügedən sammitdən sonra Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olmasına dair məsələ yenidən gündəmə gəlib. Xarici işlər naziri Elmar Məmmədyarov da bunun mümkün ola biləcəyini dolayısı yolla vurğulayıb. Artıq bu istiqamətdə Rusiyanın Azərbaycanı AİB-nə cəlb etmək üçün diplomatik fəallığını artırdığı bildirilir. Lakin Azərbaycan digər tərəfdən Şərq Tərəfdaşlığı Proqramı və Yaxın Qonşuluq siyasəti proqramı üzrə öhdəliklərə malikdir. Rəsmi Bakının Kremlin təkliflərini qəbul etməsi adekvat etirazı ilə qarşılana bilər. Eyni zamanda Ermənistan AİB-in üzvü olduğuna görə, Azərbaycanın işğalçı ölkə ilə eyni qurumda təmsil olunması dövlət maraqlarına ziddir. Ona görə də Rusiyanın təklifinin qəbul ediləcəyi hazırkı şəraitdə real görünmür. “Şərq-Qərb” Strateji və Siyasi Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruclu məsələni “Cümhuriyət”ə şərh edib.

O bildirib ki, Rusiyanın Avrasiya İttifaqı Birliyini yaratdığı ilk gündən Azərbaycanı da bu quruma cəlb etməyə çalışır: “Çünki söhbət tək Azərbaycandan yox, bütün postsovet məkanından və MDB-yə üzv dövlətlərdən gedir. Azərbaycanı bura cəlb eləmək üçün xüsusi səylər göstərir. Çünki iqtisadi baxımdan tərəfdaşı Qərb ölkələridir. Azərbaycan enerji daşıycıları ixrac edən ölkədir və Azərbaycanın ixracatının demək olar ki, 90 faizi Qərb dövlətlərinin payına düşür. Azərbaycan idxalının da önəmli bir hissəsi qeyri MDB dövlətlərinin payına düşür. İqtisadi səbəblərdən baxımından AİB Azərbaycan üçün önəmli deyil. Onlar isə istənilən halda çalışır bu quruma cəlb eləsin və öz təsir dairəsinə götürsün. Azərbaycan vəzifəliləri də müəyyən bəyanatlar verirlər. Amma əslində, bu istiqamətdə heç bir addım atmırlar.

Söhbət təkcə Ermənistanın da orda təmsil olunmasından getmir. Azərbaycan bir çox beynəlxalq qurumlarda təmsil olunur eyni zamanda o qurumlarda Ermənistan da var. Bu, faciə deyil, normal praktikadır. Amma AİB Azərbaycanın iqtisadi maraqlarına cavab vermir. Məsələn, bizdə hakimiyyət AİB-nə qoşulmaq barədə müəyyən bəyanatlar səsləndirir. Hələlik addımlar atılmır. Düşünmürəm də ki, yaxın zamanda real addımlar atılacaq”. Azərbaycanın AİB-nə qoşulması ehtimalına gəlincə, Ərəstun Oruclu bildirib ki, nəzəri cəhətdən bu, mümkündür: “Xarici İşlər naziri Elmar Məmmədyarov bu cür bəyanatı birinci dəfədir verir. Əgər qoşulursa, getsin qoşulsun. Qoşulmursa, onda bu cür bəyanatlar nəyə lazımdır. Bunun da bir səbəbi var, vaxt udmağa çalışmaq. Yəni proses getsin görək bizdə nə baş verir. Azərbaycan hökuməti maksimal dərəcədə çalışacaq ki, müəyyən diplomatik söhbətlər aparmaqla vaxt əldə eləsin”. Politoloq Səbuhi Aslanbəyli hesab edir ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə  daha çox ikitərəfli əlaqələrə üstünlük verir: “Cənubi Qafqazdakı ümumi iqtisadi tərəqqidəki payına görə lider dövlət olan Azərbaycan Avropa İttifaqının regional layihələrində iştirak etməklə yanaşı, İttifaqın xarici əlaqələrində müəyyən mövqe tutmağa çalışır. Odur ki,  Azərbaycan dövləti Avropa İttifaqı ilə ikitərəfli əlaqələrin yeni formatlarını yaradır, onunla yaxınlaşmaq üçün zəruri olan bütün təsisatları inkişaf etdirərək İttifaqın ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik məkanına inteqrasiya olunmaq istəyini nümayiş etdirir”.

Səbuhi Aslanbəyli bildirib ki, həm siyasi, həm də iqtisadi məsələləri nəzərə alaraq balanslı  siyasət yürütmək lazımdır: “Hansı təşkilatda bizim maraqlarımız təmin olunacaqsa, o variant daha əlverişlidir. Təbii ki, burda böyük dövlətlərin öz maraqları var. Biz də bundan maksimum yararlanmalıyıq. Siyasi cəhətdən Qarabağ probleminin həlli yolları bu təşkilatların hansında təmin olunacaqsa, biz o qürurla daha sıx əməkdaşlıq etməkdə maraqlı olacağıq”.

Yeganə Oqtayqızı

Vilayət Muxtar





Həftənin ən çox oxunanları