Yuxarı

AXCP üzvü: Hakimiyyət “rüşvət demokratiyası” yaradıb”

AXCP üzvü: Hakimiyyət “rüşvət demokratiyası” yaradıb”

Isa Qafarov“Demokratiya, onun gətirdiyi şəxsi azadlıq duyğusu isə insanların ləyaqət, özünə inam hissini gücləndirir. Azadlıq insanda aşağılıq deyil, üstünlük kompleksi yaradır. İnsanlar daha yaxşı həyata layiq olduqlarına inanırlar. Azad cəmiyyətdə insanlar daha təşəbbüskar olurlar.

Azad rəqabət mühiti insanların hətta  istedadının da açılmasına, cəmiyyətə təqdim olunmasına uyğun şərait yaradır. Hər gün özünü bəladan qorumaq hissi ilə yaşamayanlar daha cəsur olurlar. Bu gün Azərbaycanda mövcud hakimiyyətin yaratdığı totalitar, avtoritar, repressiya rejimi hər bir vətəndaşımızın gundəlik həyatında müxtəlif vasitələrlə hiss olunmaqdadır. Avropa dəyərlərinin demokratik islahatlarının olkə vətəndaşlarına səhv və mənfi çatdırılması hakimiyyətin məqsədlərinin önündədir”. Bunu Cebhe.info-ya açıqlamasında AXCP-nin Suraxanı rayon şöbəsinin üzvü, Almaniyada mühacir həyatı yaşayan İsa Qafarov deyib. Azərbaycan olan demokratiya anlayışına münasibət bildirən İsa Qafarov bildirib ki, artıq ölkəmizdə yaşayan demokratik fikirli gənclərimizin hakimiyyətə qarşı susmamaları fonunda onlara qarşı davam edən repressiyalar, həbslər gənclərin normal ictimai-siyasi fəaliyyətinin olmamasına gətirib çıxarıb: “Demokratiya söz azadlığı üçün çalışan və bu uğurda azad həyatından məhrum olunan insanlarımız mübarizə tariximizi qızıl hərflərlə yazılan simalarıdır. Artıq Avropada yaşayan azərbaycanlılar da ölkəmizin azad və demokratik bir Avropa ailəsinin üzvü olması üçün fəaliyyət gəstərirlər. Bizlər yaşadığımız ölkələrdə Azərbaycan mədəniyyətinin, mentalitetinin və ordakı siyası vəziyyətin avropalılara çatdırılması üçün əlimizdən gələni əsirgəmir, ölkəmizin kənardan göründüyü kimi yox, daha fərqli bir ölkə olduğunu nümayiş etdirməyə çalışırıq. Avropada azadlığın, demokratiyanın necə gözəl olduğunu göstərən amillərin ən önəmlisi insanların sadəcə, üz cizgiləridir. Ancaq Azərbaycan hakimiyyətinin bu yöndə apardığı “islahat” görüntüsü sadəcə, Bakıda yerləşən göydələnlərdən ibarətdir”.  AXCP üzvü qeyd edib ki, hakimiyyət xarici qonaqların gözündə inkişaf görüntüsü yaradır: “Milyonlarla vəsaitin insanların gündəlik yaşayış şəraitinə yox, məhz ciblərinə və xarici qonaqların gözündə inkişaf görüntüsü yaratmaq məqsədi güdən mənasız tikinti layihələrə xərcləyirlər. Buna da “rüşvət demokratiyasi” desək yanılmarıq. Reallıq isə insanımızın bir vətəndaş kimi heç bir hüququnun olmaması, yaşayış səviyyəsinin minumumdan da aşağı olması, kənd təsərüfatının məhv edilməsi, gənclərimizin Rusiya bazarlarında məhv olunmasıdır. Uzunmüddətli əsarət, qeyri-demokratik idarəetmə istənilən xalqın mübarizə əzmini bir müddət zəiflədə bilir, amma qıra bilmır. Bizlər əminliklə deyə bilərik ki, xalqımız artıq belə bir hakimiyyətin getməsi üçün birlik nümayiş etdirəcəkdir. Bizlər isə Avropa ailəsinə xalqımızın mübarizə əzminin necə güclü olmasının isbatını göstəririk”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları