Yuxarı

YAP-ın seçki taktikasını Eldar Mahmudov dəyişib?

YAP-ın seçki taktikasını Eldar Mahmudov dəyişib?

[caption id="attachment_537" align="alignleft" width="318"]Ilqar Altay İlqar Altay: “İnanmıram ki, o, bu qədər həddini aşsın”[/caption]

Azadlıq- 2015” seçki blokuna daxil olan 7 partiya sədri təsdiq edər ki, seçkilərin rəsmən təyin edilməsindən bir neçə gün əvvəl blokun Sədrlər Şurasında belə informasiya  müzakirə edilmişdi ki, prezident yanında builki seçki ilə bağlı müzakirə olub, seçkilərlə bağlı ən sərt ssenari Eldar Mahmudovun MTN analitiklərinin rəyinə əsaslanan çıxışından sonra qəbul edilib”.

Bu fikirləri Xalq Partiyasının sədri Pənah Hüseyn səsləndirib. O, həmçinin iddia edib ki, prezidentin köməkçilərindən və PA məsul əməkdaşlarından birinin seçki taktikası müəyyənləşdirilərkən siyasi partiyalarla gedən prosesin də nəzərə alınmasının lazım olduğu təklifindən sonra Eldar Mahmudov əks mövqeyini əsaslandırıb. Sabiq nazir “siyasi partiyalarla dialoq görüşlərində cənab prezident təhqir edilir” kimi faktiki olaraq doğru olmayan və siyasi şantaj xarakterli  böhtan dolu məlumat səsləndirib: “O vaxt Eldar Mahmudovun belə mövqeyi bizə axıra qədər aydın  olmadı. Hətta informasiyanın yanlış olması fikri də irəli sürüldü. Lakin indi məlum olur ki, bu, təsadüfi deyilmiş və cəmiyyətdə gərginliyin saxlanması və destablizə olunması planının tərkib hissəsi imiş. Suala qayıdaraq davam etmək istəyirəm ki, strateji, uzunmüddətli məsələlər bu gün az ehtimallı olsa da, gündəmdən çıxmayıb. Hazırlanmasında mənim də iştirak etdiyim demokratiyaya yumşaq keçid situasiyası reallaşa bilər”.

AXCP sədrinin iddialarına münasibət bildirən Azərbaycan İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay deyib ki, Pənah Hüseyn müəyyən təcrübəsi olan, siyasi maraqlarını qoruyan siyasətçidir. O. əlavə deib ki, Pənah bəy ölkədə baş verən hadisələri konkret situasiyaya yönləndirməyə və bundan da çevik olaraq divident götürməyə çalışır: “Ona görə də ictimai baxımdan onun yalnız bəzi fikirləri ilə razılaşmaq olar. Təbii ki, hər bir ölkədə MTN kimi strukturlar öz əhəmiyyəti, mahiyyəti və təyinatına görə bir növ dövlət içindəki dövlət xarakterindədir. Ona milli və dövlət maraqları xatirinə demək olar ki, bütün sahələrə açıq və gizli müdaxilə imkanları yaradılır, səlahiyyətlər verilir. Bu strukturların da həmişə ən böyük problemi onda olur ki, səlahiyyət həddlərinin bitdiyi yeri unudurlar və bunu aşırlar. Bizim MTN də onun rəhbəri Eldar Mahmudovun "bacarığı" hesabına xeyli sahələrdə səlahiyyətlərini aşıb. Ancaq mən düşünmürəm ki, MTN və onun sabiq şefi ölkədəki seçki formatını müəyyən edəcək qədər həddini aşsın və ya ona bu imkan verilsin. Və yaxud iqtidar-müxalifət dialoquna təsir etmək və ya siyasi partiyaların taleyini həll etmək qədər siyasi gücə malik olsun”.

İlqar Altay həmçinin vurğulayıb ki, 2015-ci il parlament seçkilərinin rəsmən təyin olunmasından bir neçə gün qabaq MTN-in bu barədəki rəyi artıq olkə siyasi rəhbərliyi üçün təsirsiz idi: “Çünki bu nazirlik və onun rəhbəri hələ bundan xeyli əvvəl ifşa olunub, dövlət rəhbərliyinin inamını itirmişdi. Bu qurum xeyli müddət idi ki, ondan da daha yüksək səlahiyyətli nəzarət və güc strukturlarının müşahidəsi altında idi. Milli və dövlət təhlükəsizliyi strukturu rəhbəri kimi mühüm vəzifə sahibinin qovulması, generallarının həbsi qərarı bir günün içində verilmir.

Bugünkü həbs və qovulma prosesi əslində, ilin əvvəlindən başlanıb. İkincisi, MTN nə qədər "üfürülüb şişsə" belə, heç zaman dövlətin yüksək strateji siyasi qərarlarına təsir etmək gücündə olmayıb. Çünki bu yöndə dövlət rəhbərinə yaxın Konstitusiya təyinatı üzrə MTN-dən də yuxarıda inzibati və siyasi strukturlar var. Ancaq MTN şefi yalnız ayrı-ayrı ictimai-siyasi xadimlər haqda rəy yaratmağa cəhd edə bilərdi. Çünki özünün əsas fəaliyyətini şəxsi zənginliyi və s. maraqlarına həsr edən general Mahmudov dövlət qarşısında vaxtlı-vaxtında müxtəlif sahələr üzrə "pripiska" hesabatları verməli idi. O cümlədən, ictimai-siyasi sahə üzrə. Bir sıra, hətta neytral, bitərəf insanlardan belə, dövlət üçün xüsusi təhlükəli "xoxan" düzəldib, sonra onları "zərərsizləşdirməli" idi”.

Cavad





Həftənin ən çox oxunanları