Yuxarı

Ramin Hacılı: “Əgər ölkədən gedəcəyimi öncədən açıqlasaydım...”

Ramin Hacılı: “Əgər ölkədən gedəcəyimi öncədən açıqlasaydım...”

Ramin HaciliÜmid Partiyasının ötən həftə Azərbaycanı tərk edən sədr müavini, deputatlığa namizəd Ramin Hacılı Bakıya qayıdıb. O, musavat.com-a açıqlamasında Bakıda olmadığı zaman haqqında mətbuatda yazılan fikirlərə münasibət bildirib. Ramin Hacılı söyləyib ki, onun barəsində deyilənlər əsassız şayiələr idi:

“Cəmiyyətdə tanınmış şəxs olduğum üçün  ölkədə olmadığım müddət ərzində media buna kifayət qədər diqqət ayırdı. Onların hər birinə təşəkkür etmək istəyirəm. Ancaq  deyilənlərin hamısının yalan olmasını sübut edən bir fakt var ki, mən qayıtdım.  Hazırda da öz işimi davam etdirirəm”. Ramin Hacılı onunla bağlı mətbuata açıqlama verən tələbələrin iddialarına da cavab verib: “Onlarla bağlı daha detallı açıqlamalarıma ehtiyac olmadı. Çünki problemin özlərindən qaynaqlandıqlarını anladılar. Həmin problemi də həll etdilər. Çünki mənimlə deyil, onların işi başqa bir şirkətlə idi. Mən sadacə, həmin tələbələri onlarla tanış etmişdim. Ümumi əhval-ruhiyyədən narahatlıq yaranmışdı.  Bundan da sui-istifadə edib kimlərsə onlara təsir edərək mənə qarşı çıxarmışdı. Bu kimi hallar bu gün də, sabah da baş verə bilər. Açıqlama verdim ki, ölkəyə qayıdıram və onlar barəsində tədbir görəcəm. Dərhal həmin şəxslər Azərbaycanı tərk etdilər. Heç bir problem qalmadı. Böhtan olduğu da ortaya çıxdı”.

Hacılı Azərbaycanda nə üçün getməsini isə daha detallı formada aşağıdakı kimi anlatdı: “Problemim artıq həll oldu. Çox qısa zamanda işlərimi yekunlaşdırdığım üçün də ölkəyə tez qayıtdım. Düşünmüşdüm ki, bu problemlərin həlli 2 noyabra qədər davam edəcək. Ancaq bir günün içərisində hər şeyi yoluna qoya bildim. Çox təcili getməli idim. Həmin dövrdə ətrafıma xəbər versəydim ki, ölkədən getməliyəm, heç kim mənimlə razılaşmayacaqdı. Seçki ərəfəsi idi. Komandam, xanımım, hər kəs təkid edəcəkdi ki, bu mərhələdə getməyim. Çox vacib iş idi və ona görə də Ankaraya getməliydim. Bir şey də var ki, getməyim, ümumi bir əhvalımın düzəlməsinə xidmət edəcək deyə düşünürdüm. Yüklənmiş vəziyyətdə olduğum üçün bu mərhələdə gedib, oradakı problemi həll etməyim  mənə xeyli yüngüllük gətirdi. Problem sırf şəxsi idi. Yəni bunun ictimai işlərimlə əlaqəsi yox idi. Buna görə də açıqlamağa ehtiyac duymadım”.

Cebhe.info





Həftənin ən çox oxunanları