Yuxarı

AXCP üzvü təhsil nazirinə səsləndi

AXCP üzvü təhsil nazirinə səsləndi

arif sultan“Cəmiyyətdə müxalifyönlü gənclərə təzyiqlər edilir. Hakimiyyətyönlü media Azərbaycanda “demokratik” mühitin olduğunu iddia etsə də, müxalifyönlü gənclərə, müxalif partiyaların üzvlərinə təzyiqlər bunun tam əksinin sübut edir”.

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının Nizami rayon şöbəsinin Ali Məclis üzvü Arif Sultanlı bildirib. Onun sözlərinə görə, təhsil müəssisələrində tələbələrə siyası mövqelərinə görə təzyiq edilməsi demokratik mühitin olmadığına dəlalət edir: “Gənclərin partiya mənsubiyyətini ləğv etmək, siyasi mövqeyindən çəkindirmək üçün hətta müxtəlif bəhanələrlə universitetlərdən kənarlaşdırmaq, iş yerlərinin əllərindən alınması, işsizliklə imtahana çəkilmə Azərbaycan reallığıdır. Halbuki dünya praktikasında və demokratik ölkələrdə vətəndaşların azad seçim imkanı, söz və toplaşmaq azadlığı, mətbuat azadlığı var və dövlət tərəfindən qorunur. Azərbaycanda isə bütün bu hüquq və azadlıqlar kağız üzərindədir, gəlişigözəl sözlərdən başqa bir şey deyil. Gənclər olaraq təhsil müəssisələrinin rəhbərliyinə, təhisl sisteminə rəhbərlik edən şəxslərə, təhsil nazirinə səslənərək bizlərə qarşı təzyiq və təhdidlərə son qoyulmasını tələb edirik.”

Rövşən Əsədov





Həftənin ən çox oxunanları