Yuxarı

Erkin Qədirli: “Elzanı və ona səs verənləri aşağılamaq olmaz”

Erkin Qədirli: “Elzanı və ona səs verənləri aşağılamaq olmaz”

Erkin Qedirli“Elza Seyidcahanın namizdəliyini başqa çalışmaları kimi zarafata salmaq olmaz”. Cebhe.info xəbər verir ki, bunu “Real” Hərəkatı Ali Məclisinin sədri Erkin Qədirli deyib. “MSK-nın rəsmən açıqladığı məlumata görə, 54 saylı Şabran-Siyəzən seçki dairəsində Elza Seyidcahan 4,410 səs alıb. Bu nəticənin doğru olduğunu guman etmək olar, çünki MSK bir qayda olaraq, ancaq birinci yerin nəticələrini saxtalaşdırır, onun səslərini artırır.

Bu mövzuda Elza Seyidcahanı, eləcə də ona səs verənləri aşağılamaq, onlara gülmək olmaz. Ciddi söhbətdir . "TV effekti" televiziyanın təsiri məsələsidir. Sistem problemidir. Zarafata salınmaq, atmacaların ünvanı olmaq da Elza Seyidcahanın xeyrinə işləyir, çünki onu telekanallar göstərir. İqtidarın siyasəti belədir. Telekanallarımızın topluma göstərdiyi nədirsə, toplumun da özü haqqında təsəvvürü o olur.  "Olanımız budur" kimi. İqtidar işini yaxşı bilir. Anlayır ki, ciddi və düzgün insanları topluma göstərsə, toplum da siyasi tədbirlərdə asanlıqla toparlanar. Ona görə cəmiyyətimizdə xeyli ciddi və düzgün, mövzuları dərindən bilən insanları telekanallara buraxmırlar. Nəticədə telekanalların göstərdiyi Azərbaycan gerçək ola bilmir. İnternetdəki sosial şəbəkələrə, xüsusən “Facebook”a, "virtual aləm" deyirlər, amma hazırkı siyasi sistemin yaratdığı ortamda ciddiliyi və düzgünlüyü baxımdan gerçək Azərbaycan elə “Facebook”dadır”, - deyə E. Qədirli qeyd edib.

Mənsur





Həftənin ən çox oxunanları