Yuxarı

Azərbaycanı İraqa çevirmək istəyirlər

Azərbaycanı İraqa çevirmək istəyirlər

[caption id="attachment_1549" align="alignleft" width="243"]seyidcamal ezimbeyli Seyid Camal: “Burada başqa ölkələrə emissarlıq edirlər”[/caption]

“Məhərrəmlik xristianlıqdan götürülmüş bir adətdir. Xristianlar İncili təhrif ediblər. Bəzi xristianlar İsa peyğəmbərin çarmıxa çəkilməsini dəhşətli ağlaşma və özlərinə əzab verməklə qeyd edirlər. Hətta bəziləri özlərini İsa peyğəmbər kimi çarmıxa çəkirlər. Bizdə də şiələr başlarını yararaq qan çıxarırlar. Halbuki imam Hüseynin başını kəsiblər. Onda kim ki, özünü ona oxşatmaq istəyir, başını kəsməlidir.

Xristianlıq İslamdan əvvəl olduğuna görə biz deyə bilmərik ki, onlar öz adətlərini Məhərrəmlikdən götürüblər. Deməli, Məhərrəmlik xristianlığın bəzi qollarından götürülüb. Ümumiyyətlə, şiəlik, xristianlığın, sünnilik isə yəhudiliyin İslam dininə tətbiqidir”. Bu fikirləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu mətbuata müsahibəsində deyib. Sərdar Cəlaloğlunun bu fikirlərinə münasibət bildirən Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli “Cümhuriyət” qəzetinə bildirib ki, son zamanlar dini mühitdə bilərəkdən-bilməyərəkdən Azərbaycanı Suriyaya, İraqa çevirmək üçün cəhdlər edilir: “Mən bunu tək Sərdar Cəlaloğlu haqqında demirəm. Amma biriləri haqqında məlumatım var ki, Azərbaycanda başqa ölkələrin emissarlığını edirlər. Əhli-beyt məktəbi illərdir ki, Azərbaycan xalqına birləşdirici faktor rolunu oynayıb. Biz tolerantlıqda əhli-beyt məktəbinə borcluyuq. Sərdar Cəlaloğlunun Aşura mədəniyyətinin xristianlıqdan gəlir deməsi, xarici kəşfiyyat orqanlarının sevinməsinə rəvac verir. Eyni zamanda Azərbaycanda millətlərarası, dinlərarası tolerantlığın pozulması fürsətini gözləyənlərəəlavə bir stimul verir. Sərdar Cəlaloğlu ilə salam aleykuümüm var. Mənim ona bir araşdırmaçı şərqşünas kimi, xalqın etimad göstərdiyi bir soyun adamı kimi tövsiyəm bundan ibarətdir ki, Azərbaycan dövlətçiliyini, birlik və bərabərliyini zədələyəcək, xüsusi olaraq insanların dini duyğularına toxunmasın. Çünki bunun sonu faciə ilə nəticələnə bilər”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları