Yuxarı

AXCP şöbə sədri: “Ənənəvi müxalifət dönüb avropalı olub”

AXCP şöbə sədri: “Ənənəvi müxalifət dönüb avropalı olub”

Eltural Murselzade“1993-cü ildə, yəni AXC hakimiyyəti devrildikdən sonra müxalif düşərgədə belə bir deyim var idi ki, indiki hakimiyyəti beynəlxalq aləm legitim hesab etmir. Bu barədə qəzetlərdə çeşid-çeşid yazılar yazılırdı, müsahibələr alınırdı. Həmin bu adamların legitim hesab etmədiyi iqtidar isə xarici səfərləri gerçəkləşdirir, “Əsrin müqaviləsini” imzalayır, torpaq islahatı keçirir, güc strukturlarını formalaşdırır, siyasi rəqiblərindən ən azı iki dəfə üstün siyasət aparırdı.

Müxalifət o dərəcədə özünə qapanmış, proseslərə təsirsiz bir vəziyyətdə idi ki, 2003-cü ildə İlham Əliyev baş nazir təyin olunanda, xarici ölkələrin prezidentləri və ya səfirlər ayrı-ayrılıqda təbrik teleqramları göndərəndə müxalifət liderləri “Qələbə” meydanında deyirdilər ki, bu, presedur xarakterlidir”.

Bunu Cebhe.info-ya açıqlamasında AXCP-nin Beyləqan rayon şöbəsinin sədri Eltural Mürsəlzadə deyib. E.Mürsəlzadə bildirib ki, 1993-cü ildən müxalifətin apardığı mübarizə tərzi, təbliğat və apardığı seçki marafonları  hakimiyyətin diktəsindən, cızdığı xətdən bir addım belə kənara çıxa bilməyib:

“Son olaraq 2005-ci ildən iqtidar ənənəvi müxalifətin məhv olunması proqramına başladı və buna da nail oldu. Məhv olmaqda olan ənənəvi müxalifət keçdi oldu senator və avropalı. Bu hakimiyyətdən heç nə ala bilməyən cənablar əl oyuncağına çevrildilər. Sosial durumu pis olan, iqtisadi vəziyyəti gün-gündən ağırlaşan xalq niyə susur? Səbəbi sadədir, çünki alternativ qüvvə görmür”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları