Yuxarı

Rüfət Əliyev: “Tiflis şantajla güzəşt qoparır”

Rüfət Əliyev: “Tiflis şantajla güzəşt qoparır”

rufet eliyev“Azərbaycan hakimiyyətinin Gürcüstanada məscid və kilsələrə pulsuz qaz vemək kimi şirnikləşdirici addımları Gürcüstan-Azərbaycan münasibətlərini qoruyub saxlaya bilməyəcək”. Bunu Cebhe.info-ya açıqlamasında politoloq Rüfət Əliyev deyib. Rüfət Əliyev bildirib ki, Gürcüstan güzəşt qopardıqca, daha artıq güzəşt tələb edir:

“Azərbaycan hakimiyyəti də Gürcüstanın marağını bir yerə qədər təmin edə biləcək. Bu güzəştləri Gürcüstan hakimiyyəti daha çox şantaj yolu ilə qoparır. Dövlət olaraq Azərbaycanın Gürcüstandan heç bir asılılığı yoxdur, əksinə, Gürcüstanın bizdən asılılığı və minnətdarlıq borcu olduğu halda, Azərbaycan hakimiyyətinin Gürcüstanın "əmrlərini" canla başla yerinə yetirməsi bir sıra şübhələr yaradır. Xatırlayarsınız,  Saakaşvili hakimiyyətə gələndə Gürcüstan vasitəsilə Azərbaycandan Ermənistana gedən qatarların şəkillərini və nömrələrini qəzetdə dərc etmişdi”. Sabiq məclis sədri “Saakaşvilinin şantajı hakimiyyətdən gedən ərəfədə də müşahidə olundu. MM -dəki çıxışı və sonradan Azərbaycanla bağlı açıqlamaları buna misal göstərmək olar. Sonradan İvanaşvilinin də ilk bəyanatlarından biri də Azərbaycanla bağlı olmuşdu. Və bu rəsmi Bakı tərəfindən heç də birmənalı qarşılanmamış, qarşılıqlı səfərlərlə müşahidə olunmuşdu. Hazırkı hakimiyyətin də Azərbaycanla bağlı davranışı rəsmi Bakını narahat edir. Bu güzəştlər də münasibətlərin normallaşdırılması məqsədilə edilir. Bakı –Tiflis- Ceyhan kəməriylə bağlı Gürcüstana edilən güzəştlər bu qəbildəndir”,- deyə bildirib.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları