Yuxarı

REAL yetkilisi: “Dünyəvi İrana hazır olmalıyıq”

REAL yetkilisi: “Dünyəvi İrana hazır olmalıyıq”

Natig Ceferli“İran dövlətinin qədim tarixi, dövlətçilik ənənələri var. Məlumdur ki, min illər tarixi olan bu dövlətdə ya monarxiya, ya da şəriət modeli olub. Dünyəviliyin artması, şəriət rejiminin gücünün zəifləməsi ölkədə mütləq millətçiliyi artıracaq. İslam qaydaları uzun zamandır ki, ümmətçilik üzərində qurulub. Fars, türk, ərəb, talış, kürd ya şah, ya da İslam altında birləşirdilər.

Sekulyarlıq artanda mütləq millətçilik, özü də etnik millətçilik artacaq. Farslar da İslam adı, şah bayrağı altında da həmişə millətçiliyi ayıq və ayaqda tutublar. İranın dövlət kimi formalaşmasında türklər həmişə önəmli rol oynayıblar, dövlətin təməlini təşkil ediblər, bu gün də belədir. Üzü sekulyar dövlətə gedən İran fenomeninə hazır olmalıyıq. Cəmi 5-10 il zamanımız var”. Güney Azərbaycanda İran hakimiyyətinə qarşı başlamış etiraz aksiyaları barədə Cebhe.info-ya danışan REAL Hərəkatının icra katibi Natiq Cəfərli belə deyib.

Cəfərlinin sözlərinə görə, İran inkişaf etdikcə, iqtisadi gücü artdıqca ilk dəfə şahsız və şəriətsiz, sekulyar bir dövlət olacaq: ““Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun” şüarı qulağa, könülə xoş gələ bilər, amma hər addım ağılla, məntiqlə atılmalıdır. Şimali Azərbaycanın Cənubun içində əriyib-getməsinə yol vermək olmaz. Əksinə biz yaxın illərdə demokratik, sivil, rifah halı yüksək cəmiyyət və dövlət quraraq bütün təhlükələri önləməliyik. Cənubda yaşayan türk qardaşlarımız üçün model dövlət qurmalıyıq. Bir daha deyirəm ki, yaxın illərdə İranda millətçilik artacaq, məzhəbçilik də yüksələcək, şiə olmayan etnik qruplar dağıdıcı rol alacaq, türklər isə həmişə kimi həlledici səsə və gücə sahib olacaqlar. Artıq indidən hazır olmalı, müxtəlif modellər üzərində çalışmalıyıq”.

Mənsur





Həftənin ən çox oxunanları