Yuxarı

Deputatlığa namizədlər prezidentə müraciət etdi

Deputatlığa namizədlər prezidentə müraciət etdi

Seckiler15 saylı Yasamal Birinci Seçki Dairəsindən deputatlığa namizədlər Əli Əliyev, Nişat Mehdiyev, Garay Əsədov və Ramil prezident İlham Əliyevə müraciət ediblər. Bu barədə Cebhe.info-ya Vətəndaş və İnkişaf Partiyasından məlumat verilib. Müraciətdə bildirilir ki, seçki gününə qədər olan qanun pozuntuları barədə etdiyimiz rəsmi müraciətlər təəssüf ki, nə seçki komissiyaları, nə də məhkəmə instansiyaları tərəfindən obyektiv araşdırılıb:

“Həmin şikayətlərin son instansiyası olan Ali Məhkəmə, onun hakimi Nigar Rəsulbəyova 7 gündür ki, məhkəmə qərarını bizə təqdim etmir. Şəki səfəriniz zamanı Azərbaycan məhkəmələrinin qüsurlu fəaliyyətinin ən bariz nümunəsi bizim üzləşdiyimiz problemdir. Qanun qüvvəsinə malik çıxışlarınızda seçkinin demokratikliyi və bərabərliyi haqda fikirləriniz də Dairə və Mərkəzi seçki komissiyaları və məhkəmə instansiyalarında nəzərə alınmır. Sanki kimsə Sizin dediklərinizin, iradənizin əleyhinə olaraq, fərqli təəssüratın yaranmasına cəhdlər göstərir. Çünki müşahidələrimiz prosesin idarə olunduğu qənaətini formalaşdırır. İnanmırıq ki, kimsə açıq şəkildə qanun pozuntusuna belə asanlıqla getmiş olsun. 15 saylı seçki dairəsində 5 namizədin seçki günündə üzləşdiyi, foto və video çəkilişlərlə, çoxsaylı aktlarla təsbit edilmiş qanun pozuntuları ilə bağlı etdiyi şikayət dairə seçki komissiyası tərəfindən yenidən araşdırılmır, komissiya iclasının qərarı təqdim edilmir. Seçkilərin nəticəsinə dair protokolların ləğvi ilə bağlı MSK-ya etdiyimiz şikayətin nəticəsinə də ümid etmirik. Lakin biz ölkə qanunvericiliyinin verdiyi imkanlardan istifadə etməkdə və adıçəkilən dairədəki kütləvi saxtakarlığın beynəlxalq məhkəmə instansiyalarında deyil, məhz Azərbaycanda həll edilməsinə çalışacağıq”.

Cavad





Həftənin ən çox oxunanları