Yuxarı

Mirzə Sakitdən Əli Kərimliyə: “Riyakar büt...”

Mirzə Sakitdən Əli Kərimliyə: “Riyakar büt...”

mirze_sakit“Nə qədər əclaf adamlar varmış, mənim başıma gələn olaylardan “Yurd” əcinnələri öz xislətinə uyğun şəkildə sosial şəbəkələrdə vicdansızcasına statuslar yazıblar və bu vicdansızlığı da “Yurd” soxulcanlarının rəhbərləri bəyəniblər”.

Cebhe.info xəbər verir ki, “Azadlıq” qəzetinin keçmiş əməkdaşı Mirzə Sakit Belçikada radikal dindarlar tərəfindən bıçaqlanmasının Əli Kərimlinin rəhbərlik etdiyi qrupun üzvləri tərəfindən dezinformasiya kimi qələmə verilməsinə münasibət bildirərkən belə deyib. “İdeologiyalarının mayası əclaflıqdan yoğrulanlar xalqa yol göstərmək istəyirlər. Bədbəxt bütpərəstlər, sizlər o riyakar bütünüzün fitnəkar əməllərinin qurbanısınız”, - deyə M. Sakit qeyd edib.

Xatırladaq ki, Mirzə Sakitin bir neçə gün əvvəl Belçikada radikal dindarlar tərəfindən bıçaqlandığı xəbəri yayılmışdı.

Mənsur





Həftənin ən çox oxunanları