Yuxarı

Şöbə sədri müxaliflərə səsləndi: “Gəlin yenidən AXCP-də birləşək”

Şöbə sədri müxaliflərə səsləndi: “Gəlin yenidən AXCP-də birləşək”

sakir memmedov“Zamanında müxalifət SİDSUH, İctimai Palata, Milli Şura kimi birliklər yaratdı. Sonradan burada təmsil olunan "müxalifət" adına iddialı partiyalar həmin qurumlardan, hansısa sehirli əlin diktəsilə qopmağa başladı. Nəticə də göz qabağındadır”.

Bunu Cebhe.info-ya açıqlamasında AXCP Sumqayıt şəhər şöbəsinin sədri Şakir Məmmədov deyib. Şöbə sədri “Alver predmetinə çevrilən sıravi partiya üzvləri yayın cırhacırında, qışın sazağında "20 Yanvar"- “Qələbə” meydanı marşrutu ilə etiraz aksiyalarına, yürüşə qatılanda hər birimiz nələrinsə dəyişəcəyinə ümid edirdik. Üstəgəl polis zorakılığı, sağlamlığa ağır xəsarətlər, həbslərlə üzləşdik. İndi bunun hesabını kimdən soruşaq, bəylər? Məhəmməd Əmin Rəsulzadənin yaratdığı Milli Şura, Əbülfəz Elçibəyin 90-cı il Milli Şurası qələbə çaldı”, -deyə bildirib.  Şakir Məmmədov qeyd edib ki, çıxış yolu əsl müxalifətin yenidən, amma xəyanət və xayanətkarlardan uzaq birliyindədir: “Gəlin yenidən AXCP-də birləşək. Birləşmə olmadan bu korrupsioner, islaholunmaz rejimlə mübarizə mənasızdır və heç bir nəticə verməyəcək”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları